Dövlət Komissiyası
Əsir, girov və itkin düşmüşlər
Erməni vəhşilikləri
İşğal
Soyqırım
Erməni terrorizmi
Foto
Video
Hüquqi sənədlər
Nəşrlər
Bizimlə əlaqə
© 2004—2005 human.gov.az
MEQA şirkətinin istehsalı
  eng   aze   rus
 
                         ...Axtar
20 Avqust 2009-cu il    
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində əsir götürülmüş şəxslərlə bağlı Dövlət Komissiyasında toplanmış materialların təhlili zamanı 1970-ci il təvəllüdlü Atakişiyev Fərhad Rəhman oğlunun əsirlikdə olarkən xüsusi qəddarlıqla qətlə yetirilməsi barədə məlumatlar aşkarlanmışdır. Müəyyən edilmişdir ki, erməni hərbçilərinin F.Atakişiyevə qarşı qəddarlığının əsas səbəbi onun Kərkicahan qəsəbəsinin sakini kimi döyüşçülərimizə bələdçilik etməsi olmuşdur. Ermənistan hərbçiləri 1991-ci ilin dekabr ayında Kərkicahan qəsəbəsinə hucum zamanı çoxsaylı itkilərinə bu amilin böyük təsir etdiyini düşündükləri üçün ona işgəncələr vermiş, «Qarabağ ermənilərindir» - ifadəsini deməyə məcbur etmək istəmişlər. Lakin F.Atakişiyev işgəncələrdən və ölümdən qorxmayaraq, «Qarabağ Azərbaycanındır, Azərbaycanın da olacaq» - söyləmiş və nəticədə amansızcasına öldürülmüşdür. Meyitinin ekspertizası zamanı bədənində hər biri ayrı-ayrılıqda insan ölümünə səbəb ola biləcək 72 müxtəlif işgəncə izi aşkar edilmişdir. Gənclərin mübarizlik ruhunda tərbiyəsi, onlarda Vətənə, dövlətə sədaqət və hərbi vətənpərvərlik hisslərinin möhkəmləndirilməsi üzrə Ümummilli Liderimiz Heydər Əliyevin tövsiyələrini rəhbər tutaraq, Dövlət Komissiyası F.Atakişiyevin vaxti ilə təhsil aldığı Azərbaycan Memarlıq və İnşaat Universitetində geniş tədbir keçirmiş, «Cinealliance» kinoşirkəti ilə birlikdə əsir-girovluqda qətlə yetirilmiş bütün şəhidlərin xatirəsinə həsr olunmuş «Qarabağdır Azərbaycan» adlı qısametrajlı film çəkmişdir. Eyni zamanda, Atakişiyev Fərhad Rəhman oğlu ilə bağlı toplanmış materiallar Dövlət Komissiyası tərəfindən bu il Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmiş və Azərbaycan Respublikasının Prezidendi, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 28 iyul 2009-cu il tarixli Sərəncamı ilə o, «Azərbaycan bayrağı» ordeni (ölümündən sonra) ilə təltif edilmişdir. Torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş bütün Azərbaycan övladlarına Allahdan rəhmət diləyirik!
Xəbərlər arxivinə keç