Dövlət Komissiyası
Əsir, girov və itkin düşmüşlər
Erməni vəhşilikləri
İşğal
Soyqırım
Erməni terrorizmi
Foto
Video
Hüquqi sənədlər
Nəşrlər
Bizimlə əlaqə
© 2004—2005 human.gov.az
MEQA şirkətinin istehsalı
  eng   aze   rus
 
                         ...Axtar
25 İyun 2010-cu il    
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası təəsüflə kütləvi informasiya vasitələrinin diqqətinə bir daha çatdırmaq istəyir ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar mətbuata verilən məlumatlarda qeyri-dəqiqliyə yol verilməsi halları davam etməkdədir. Belə ki, 24 iyun 2010-cu il tarixdə www.day.az saytı “TREND” agentliyinə istinadən Azərbaycan ordusunun hərbçisi, 18 iyun 2010-cu il tarixdə qoşunların təmas xəttində baş vermiş insident zamanı həlak olmuş İbrahimov Mübariz Ağakərim oğlu haqqında düzgün olmayan məlumat yaymışdır. Dövlət Komissiyasına istinadən verilən həmin məlumatda İbrahimov Mübariz birinci cümləsində Dövlət Komissiyasının sədri, ikinci cümlədə isə şəhid olmuş hərbi qulluqçu kimi təqdim olunmuşdur. Qəribədir ki, iyunun 24-də axşam saatlarında dərc olunan məlumat hələ də düzəldilməyib. Bizcə burada əlavə şərhə ehtiyac yoxdur. Dövlət Komissiyası bir daha bütün mətbuat orqanlarına bu həssas məsələdə diqqətli olmağa çağırır. Dövlət Komissiyasının İşçi qrupu
Xəbərlər arxivinə keç