AZƏRBAYCAN RESPUBLİKASI

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Münaqişə müddətində 1444 nəfər vətəndaş əsir və girovluqdan azad edilmişdir *
Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslər - 3875 nəfər *
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!!!
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı.   

23 noyabr 2017-ci il tarixdə Ermənistan – Azərbaycan sərhədinin cənub qərb istiqamətində, qoşunların təmas xəttində tapıldığı və 27 sentyabr 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunun Ermənistanla sərhəd ərazisində itkin düşmüş əsgər, Cəlilbəyli Bəhruz Pərviz oğluna aid olduğu bildirilən meyitin qaytarılması ilə bağlı müvafiq prosedurlara uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlara müraciət edilmişdir.
Hazırda Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən bu sahədə müvafiq tədbirlər davam etdirilir. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

25 noyabr 2017-ci il.

geri qayıt

A  A  A
ERMƏNI TERRORU
İŞGƏNCƏLƏR
DEPORTASİYA