AZƏRBAYCAN RESPUBLİKASI

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanmışdır.   

Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumaasiyası işləri davam etdirilir.
Bu istiqamətdə aparılmış növbəti tədbirlər zamanı, 28 mart 2022-ci il tarixdə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanmışdır.
Adı çəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir. Tapılmış meyit qalıqları ərazidən götürülərək müvafiq ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil veriləcəkdir.
Məlumat üçün bildiririk ki, Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər (siyahı əlavə edilir) Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınmışdır. Eyni zamanda, Dövlət Komissiyasında toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonu, Pirlər kəndində 46 nəfər, Ağdam rayonu, Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşmüşdür.
Fərrux yüksəkliyində və ətrafında kütləvi məzar yerlərinin olması ehtimalı nəzərə alınaraq, mütəxəssislərdən ibarət heyət tərəfindən ərazidə axtarış və müvafiq ekshumasiya tədbirlərinin aparılması planlaşdırılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Birinci Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyində
itkin düşmüş Azərbaycan hərbçilərinin siyahısı

N Soyadı, adı və atasının adı            Təvəllüdü          İtkin düşdüyü tarix

1 Abdullayev Əlibala Teyyub oğlu      27.02.1972         19.09.1992
2 Ağayev Arzu Nazir oğlu                 16.12.1973         24.01.1993
3 Allahverdiyev Baba Müseyib oğlu   13.11.1971         28.10.1992
4 Allahverdiyev Əhməd Ənvər oğlu   30.04.1974         19.01.1993
5 Bağırov Baləddin Yusif oğlu           19.11.1972          18.09.1992
6 Basenşpiler Mixail Arifoviç             04.02.1963          19.09.1992
7 Baxışov Xəlil Salman oğlu             01.07.1965          28.09.1992
8 Bədirxanov Mehman Əhməd oğlu   27.02.1957         19.09.1992
9 Behbudov Əli Durmuşəli oğlu         01.06.1971         19.09.1992
10 Cəbrayılov İlham İbrahim oğlu     17.01.1973         19.09.1992
11 Cəfərov Mehman Əbdülrəhman o 28.01.1968         20.01.1993
12 Cəfərov Sənan Vəli oğlu              05.08.1972          25.01.1993
13 Dadaşov İlham Adil oğlu             19.06.1973         19.09.1992
14 Eminov Mehman Bəhram oğlu      01.03.1974        25.01.1993
15 Eyvazov Məsud Eynulla oğlu        08.12.1972        19.09.1992
16 Əhmədov Faiz Mahmud oğlu        15.10.1956        20.01.1993
17 Əliməmmədov Vahid Zəbişah oğ  07.11.1971        13.11.1992
18 Əliyev Hidayət Kamal oğlu           01.02.1973         27.10.1992
19 Əliyev İlqar Hidayət oğlu             01.12.1972         24.01.1993
20 Əmiraslanov Bəxtiyar Cahid oğlu  11.09.1971        29.10.1992
21 Əsgərov Bəxtiyar Ağabala oğlu     25.01.1973       19.09.1992
22 Əzizov Pərviz Bayramqulu oğlu     18.12.1969       28.10.1992
23 Fərzəliyev Vidadi Molut oğlu         01.06.1962       25.01.1993
24 Həbibov Elnur Paşa oğlu              21.12.1973        26.01.1993
25 Həsənov Eldəniz İlyas oğlu          17.12.1969        01.01.1993
26 Hüseynov Cəsarət Binnət oğlu     01.11.1973        27.10.1992
27 Hüseynov Hüseyn Əhməd oğlu     21.06.1935       19.01.1993
28 Hüseynov Vüqar Cavanşir oğlu     31.05.1973       19.09.1992
29 Hüseynov Vüqar Tahir oğlu           09.07.1973       25.01.1993
30 Hüseynov Xəqani Saleh oğlu        10.06.1970       28.10.1992
31 İbadov Maarif Məhiş oğlu             18.05.1971       29.09.1992
32 İbrahimov Kərəm Hümbət oğlu     05.05.1972      28.10.1992
33 İsmayılov Tahir İsa oğlu                19.01.1965       30.10.1992
34 İsrafilli Həsən Hüseyn oğlu           05.03.1958       18.06.1992
35 Kərimov Xaləddin Telman oğlu       09.11.1968     27.10.1992
36 Qəhrəmanov Vidadi İslam oğlu      30.03.1971     19.01.1993
37 Qəhrəmanov Qəhrəman Süleyman 05.03.1973     30.09.1992
38 Qubadov Vüqar Hicran oğlu           07.02.1973     19.09.1992
39 Qurbanov Natiq Mirzəli oğlu          16.02.1970      30.10.1992
40 Qurbanov Rasim Fikrət oğlu          19.12.1972      28.10.1992
41 Qurbanov Şaban Qulu oğlu            08.11.1972     28.10.1992
42 Məmmədov Elman Nurəddin oğlu   25.08.1970     11.02.1993
43 Məmmədov Faiz Kərim oğlu           14.09.1971     29.10.1992
44 Məmmədov İlqar Nuru oğlu            01.07.1961     26.01.1993
45 Məmmədov İlqar Şirzal oğlu           08.09.1971     19.09.1992
46 Məmmədov Mehman Tofiq oğlu      15.04.1972     19.09.1992
47 Məmmədov Pərviz Aşralı oğlu         04.05.1973     27.10.1992
48 Mənsimov Rüstəm İsrafil oğlu         01.07.1970     28.10.1992
49 Mirzəyev Araz Seyfəddin oğlu         28.07.1973     25.01.1993
50 Muxtarov Aydın Şaban oğlu            29.05.1974     24.01.1993
51 Namazov Pəhlivan Elman oğlu        29.12.1969     19.01.1993
52 Namazov Elçin Mahmud oğlu          13.09.1962    30.10.1992
53 Nyuneçkin Vladimir Anatolyeviç       03.02.1961    28.10.1992
54 Orucov Kamran Niyətulla oğlu         27.01.1974    19.09.1992
55 Ömərov Nizaməddin Məcid oğlu      09.10.1974     21.01.1993
56 Salmanov Sahib Salman oğlu          16.04.1973      28.10.1992
57 Səmədov Hümbət Əhəd oğlu           04.12.1966     13.06.1992
58 Svanidze Məhəmməd Fəzli oğlu        18.04.1974     22.01.1993
59 Şirinov Zahid Əsədulla oğlu             31.08.1971      20.09.1992
60 Tarverdipur Elşad Hüseyn oğlu        18.03.1971      28.10.1992
61 Təsəlliyev Aqil Böyükağa oğlu          02.02.1973      25.01.1993
62 Zeynalov Bədəl Babası oğlu              19.11.1973     25.01.1993

geri qayıt

A  A  A
ERMƏNI TERRORU
İŞGƏNCƏLƏR
DEPORTASİYA