AZƏRBAYCAN RESPUBLİKASI

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Münaqişə müddətində 1444 nəfər vətəndaş əsir və girovluqdan azad edilmişdir *
Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslər - 3875 nəfər *
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!!!
BALLIQAYA QƏTLİAMI

1992-ci ilin avqust ayında Göranboy rayonunun Ballıqaya kəndində erməni terrorçu-quldur birləşmələri tərəfindən daha bir qanlı və amansız cinayyət - Ballıqaya qətliamı törədilmişdir.

1992-ci ilin yay aylarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Laçın rayonundan qaçqın düşmüş və Azərbaycanın müxtəlif bölglərində məskunlaşmış, yaxın qohumluq münasibələri olan 6 ailə heyvandarlıq üçün əlverişli olan Ballıqaya ərazidə məskunlaşmışdılar. 1992-ci ilə qədər Laçın rayonu Azərbaycanda heyvandarlığın yüksək inkişaf etdiyi rayonlardan biri sayılırdı, bu sahə  rayonda əhalinin əsas məşğuliyyəti idi. 18 may 1992-ci il tarixdə Ermənistan Respublikasının silahlı birləşmələri tərəfindən Laçın rayonu işğal edildikdən sonra, rayonun əhalisi Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Heyvandarlıqla məşğul olan rayon sakinləri daha çox bu fəaliyyət növü üçün əlverişli olan Beyləqan, Bərdə, Goranboy və digər ətraf ərazilərdə məsunlaşmışdı. 1992-ci ilin avqust ayında Ballıqaya kəndində çadırda məskunlaşan Laçın rayon sakinləri də buraya bu məqsədlə gəlmişdilər.

Tarixdə Ballıqya qətliamı kimi tanınan hadisə 1992-ci ilin avqust ayının 28-də səhər saat 5 radələrində baş vermişdir. Hadisə günü Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olaraq 24 insanı amansızlıqla qətlə yetirmiş, 9 nəfəri isə ağır yaralamışdır. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi. Ballıqayada 24 nəfər xüsusi amansızlıqla qətlə yetirilmiş:

  №   A.S.A   Doğum tarixi   Yaşı
Azyaşlı uşaqlar 
  1     Hümbətov Elçin Vəzir oğlu  1980   12 yaş  
  2     Hümbətov Bəxtiyar Vəzir oğlu   1982   10 yaş  
  3     Hümbətov İsmayıl Vəzir oğlu  1984    8 yaş  
  4     Hümbətov Nəvadi Vəzir oğlu  1986    6 yaş  
  5     Hümbətova Gülnar Vəzir qızı  1988    4 yaş  
  6     Hümbətov Canpolad Vəzir oğlu  1992    6 ay  
Qadınlar 
  1     Abdullayeva Səadət Abdulla qızı  1973    19 yaş  
  2     Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı                                  1935    57 yaş  
  3     Mehdiyeva Ayna Hümbət qızı  1967    25 yaş  
  4     Mehdiyeva Bəyim Aydın qızı  1959    33 yaş  
  5     Mehdiyeva Gülayə Əli qızı  1925    67 yaş  
  6     Mehdiyeva Süraya Məhəmməd qızı  1956    36 yaş  
  7     Kalbalıyeva Nubar Muradxan qızı  1952    40 yaş  
  8     Vəliyeva Zeynab Hüseyin qızı  1899    93 yaş  
  9     Alməmmədova Minaya Əbilqasım qızı  1930    62 yaş  
  10     Alməmmədova Zeynəb Şəmil qızı  1972    20 yaş  
  11     Alməmmədova Kəmalə Şəmil qızı  1976    16 yaş  
  12     Hümbətova Hürzaman Qara qızı  1959    33 yaş  
  13     Hümbətova Gülnar Vəzir qızı  1988    4 yaş  
Qocalar
  1     Abdullayev Abdulla Bədəl oğlu  1934    58 yaş  
  2     Mehdiyev Hümbət Əbulqasım oğlu  1930    62 yaş  
  3     Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı   1935    57 yaş  
  4     Mehdiyeva Gülayə Əli qızı  1925    67 yaş  
  5     Vəliyeva Zeynab Hüseyin qızı  1899    93 yaş  
  6     Alməmmədova Minaya Əbilqasım qızı  1930    62 yaş  


Qətlə yetirilənlər arasında azyaşlılar, qadınlar və uşaqlar çoxluq təşkil edir. Belə ki, qətliamda 6 uşaq və 13 qadın amansızlıqla qətlə yetirilmiş, uşaqlardan ən böyüyünün 12 yaşı, ən kiçiyi Hümbətov Canpolad Vəzir oğlu isə cəmi 6 aylıq olmuşdur. Bundan əlavə qətlə yetirilən 24 nəfərdən  6-sı yaşlı şəxslər olmuşdur. Onlardan ən böyüyünün Vəliyeva Zeynəb Hüseyin qızı 93 yaşında olmuşdur. Ümumilikdə Ballıqayada qətlə yetrilmiş 11 kişi (5-i uşaq, 2-si yaşlı şəxs), 19 nəfəri qadın olmuşdur. Onlar xüsusi amansızlıqla, iri çaplı atıcı silahlardan atılan atəş nəticəsində qətlə yetirilmiş, həlak olmuş şəxslərin bəzilərinin meyitləri yanmışdır.

Ballıqaya qətliamında qətlə yetirilmiş şəxslər Azərbaycan Respublikasının müxtəlif bölgələrində, Bərdə rayonunun inzibati ərazisində yerləşən Qaradəmirçi və Alpout və Tumaslı və Nazırlı kəndlərində, Ağdam rayonunun inzibati ərazi vahidində yerləşən Güllücə kəndində dəfn olunmuşlar.

Bundan əlavə qətliam zamanı 9 nəfər: – Məhərrəmov Yaqub Cəmil oğlu, Məhərrəmova Xoşbəxt Kamil qızı, Məhərrəmova Südabə Cəmil qızı, Muradova Xuraman Məhəmməd qızı, Quliyeva Şəhla Məhəmməd qızı, Mehdiyeva Lamiyə Rəhbər qızı, Mehdiyev Elxan Rəhbər oğlu, Mehdiyev Məhəmməd Rəhbər oğlu, Abdullayeva Züleyxa İbrahimxəlil qızı  ağır bədən xəsarəti almışlar. Uzunmüddətli müəlicə prosesinə baxmayaraq, onlardan bir çoxunun sağlamlığını bərpa etmək mümkün olmamışdır. Hadisə nəticəsində yaralanmış 3 azyaşlı uşaq hər iki valideynini itirmişdir.

Ağır bədən xəsarəti alan, lakin sağ qalan şəxslərin verdiyi ifadələrə görə, onlar bir neçə gün izləndiklərini hiss etmişlər. Şahid ifadələrindən məlum olur ki, həm qətlə yetirilən həm də ağır bədən xəsarəti alan şəxslərin özlərini müdafiə etmək üçün heç bir odlu və ya soyuq silahı olmamışdır.

Qətliam zamanı mülki şəxslərə atıcı və ağır silahlardan, atəş açılmış, onların cəsədləri və şəxsi əşyaları yandırılmışdır. Bütün deyilənlər cinayəti törədən terrorçu dəstənin bilərəkdən mülki şəxsləri, o cümlədən qadınları və azyaşlı uşaqları hədəf aldığını, uşaqlar və qadınlar da daxil olmaqla bütün insanların öldürülməsinin onların əsas məqsədi olduğunu göstərir. Ballıqaya qətliamı zamanı beynəlxaq humanitar hüququn bir sıra əsas tələbləri kobud şəkildə pozulmuşdur. Mülki insanlar birbaşa hədəfə götürülmüş, öldürülmüş, bütün beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd olaraq azyaşlı uşaqlar, qadınlar və yaşlı insanlar qətlə yetirilmişdir.  Baş vermiş qətliam zamanı maldarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri yaşamaq hüququndan məhrum edilmişdir.

Baş vermiş qətliamla bağlı 28 avqust 1992-ci tarixində Azərbaycan Respublikası, Goranboy Rayon Hərbi Prokurorluğunda cinayət işi başlanmış, aparılmış istintaq tədbirləri nəticəsində qətliamda iştirak edən terrorçulardan bəzilərinin şəxsiyyəti müəyyən edilmişdir. Ballıqaya qətliamı ilə bağlı materiallar, maddi sübutlar və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Memorial Soyqırım Muzeyində saxlanılır. Azərbaycan Respublikası tərəfindən aidiyyəti beynəlxalq təşklilatlara və o cümlədən Ermənistan Respublikasına cinayətkarların tapılaraq ədalətə təslim edilməsi ilə bağlı müraciət edilməsinə baxmayaraq, bu günə qədər bu cinayət aktını törədən cinayətkarlar layiqli cəzasını almamışdır. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasıdünya birliyini bu amansız qətliama biganə qalmamağa, cinayətkarların layiq olduqları cəzanı almasına yardım etməyə çağırır. 

  
    

geri qayıt

A  A  A
ERMƏNI TERRORU
İŞGƏNCƏLƏR
DEPORTASİYA