Beynəlxalq əməkdaşlıq
Azərbaycan Respublikasının müvafiq razılığına uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 1992-ci ilin əvvəlindən ölkə ərazisində fəaliyyətə başlamışdır.
Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) yarandığı 1993-cü ildən etibarən Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq BQXK ilə sıx əməkdaşlıq edir.
Əməkdaşlığın əsas elementi 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinə uyğun olaraq əsir-girov götürülmüş hər iki tərəfə aid şəxslərin saxlanılması, saxlanma yerlərində onlara baş çəkilməsi, ailə əlaqələrinin təmin edilməsi, xəstə və yaralıların müalicəsinə köməklik göstərilməsi və repatriasiyasının (tərəflərə təhvil verilməsi) təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi işinin təşkilindən ibarətdir.