Komissiya üzvləri

"Dövlət Komissiyası" haqqında Sərəncamlar

“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

16 yanvar 2020, 16:35

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 942; 2005, № 9, maddə 818; 2007, № 5, maddə 459; 2009, № 4 maddə 238, № 5, maddə 383; 2013, № 6, maddə 702; 2014, № 12, maddə 1627; 2015, № 8, maddə 907, № 10, maddə 1191; 2016, № 4,maddə 737; 2017, № 1, maddə 51) ilə təsdiq edilmiş “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın tərkibi aşağıdakı redaksiyada verilsin:

  • Komissiyanın sədri Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
  • Komissiyanın üzvləri:
  • Azərbaycan Respublikası Müdafiə nazirinin müavini
  • Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini
  • Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini
  • Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini
  • Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini
  • Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru
  • Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini
  • Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
  • Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini
  • Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini
  • Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
  • Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
  • Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri
  • Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri
  • Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti
  • “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri
  • Komissiyanın katibi
  • Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri”.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 yanvar 2020-ci il.