AZƏRBAYCAN RESPUBLİKASI

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Münaqişə müddətində 1480 nəfər vətəndaş əsir və girovluqdan azad edilmişdir *
Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslər - 3888 nəfər *
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!!!
“Heç kim unudulmur, heç nə yaddan çıxmır” mövzusunda hərbi-vətənpərvərlik tədbiri keçirilib.   

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə gənc nəslin, gənclərin vətənpərvərlik, tariximizə, milli adət-ənənələrimizə, maddi-mənəvi dəyərlərimizə hörmət, dövlətə sədaqət ruhunda yetişdirilməsi və tərbiyə edilməsi sahəsində aparılan uğurlu və məqsədyönlü siyasətin həyata keçirilməsində digər aidiyyəti orqanlar və təşkilatlarla yanaşı, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) də fəallığı ilə seçilir.

DTX-nin rəhbər əməkdaşlarının, təhlükəsizlik orqanlarının və müharibə veteranlarının iştirakı, digər dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının yaxından dəstəyi ilə müxtəlif mövzularda, o cümlədən vətənpərvərlik, dövlətçilik, müstəqil Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi, yetişməkdə olan nəslin yad təsirlərdən qorunması və sair aktual mövzularda gənclərimizlə görüşlər, konfranslar, forumlar və məlumat turları mütəmadi olaraq təşkil edilir. Belə görüşlər çərçivəsində fevralın 21-də DTX-nin Mədəniyyət Mərkəzində “Heç kim unudulmur, heç nə yaddan çıxmır" mövzusunda hərbi-vətənpərvərlik tədbiri keçirilir.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Bakının Səbail rayonundakı 7 nömrəli orta məktəbin şagirdlərinin və DTX əməkdaşlarının azyaşlı övladlarının vətənpərvərliyi tərənnüm edən şeirlər oxumaları və təqdim etdikləri bədii kompozisiya tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

DTX-nin Heydər Əliyev adına Akademiyasının fakültə rəisi, polkovnik, professor Cəlal Qasımov çıxış edərək Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyevin adından tədbir iştirakçılarını salamlayıb. O, bu tədbirin bir neçə gündən sonra bütün xalqımız tərəfindən anılacaq Xocalı soyqırımının 26-cı ildönümünə təsadüf etdiyini, belə görüşlərin gənc nəslin maarifləndirilməsi və dövlətçilik amallarına sədaqət ruhunda tərbiyə edilməsində əhəmiyyətini vurğulayıb.

Tədbirdə “Azərbaycan Xüsusi Xidmət Veteranları” İctimai Birliyinin nümayəndəsi, istefada olan polkovnik Azər Qarayev, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, işçi qrupunun rəhbəri İsmayıl Axundov, Azərbaycanın Milli qəhrəmanları Vahid Quliyev və İntiqam Atakişiyev, aprel döyüşlərinin iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Elşən Qarayev, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun atası Salman Qurbanov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov çıxışlarında bildiriblər ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin son dərəcə inamlı və cəsarətli daxili və xarici siyasəti sayəsində müstəqil Azərbaycanda ictimai-siyasi sabitlik dönməz xarakter alıb. Regionun lider dövləti olan Azərbaycan bütün sahələrdə dinamik inkişaf edir, xalq-iqtidar həmrəyliyi gündən-günə möhkəmlənir, Vətənimizin siyasi-iqtisadi nüfuzu və mövqeyi dünyada ildən-ilə daha da güclənir.

Diqqətə çatdırılıb ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində respublikanın müdafiə qabiliyyəti durmadan yüksəlir. Hazırda Silahlı Qüvvələrin hərbi-texniki potensialının gücləndirilməsi nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü orduya çevrilib. Bu isə xalqımızda işğal olunmuş ərazilərimizin tam azad ediləcəyinə inam hissini daha da artırıb.

Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şücaət, igidlik və rəşadət göstərmiş Milli qəhrəmanlar və onların valideynləri, Qarabağ müharibəsi, Azərbaycan Xüsusi Xidmət veteranları, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” və “Azərbaycan Respublikası Ehtiyatda Olan Zabitlərin Konfederasiyası” İctimai birliklərinin rəhbərləri və üzvləri, Daxili İşlər, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin akademiyalarının və xüsusi təyinatlı ali təhsil müəssisələrinin zabit və kursantları, əsgərləri, həmçinin Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvü olan gənclər təşkilatlarının təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.

 

AzərTAC

geri qayıt

A  A  A
ERMƏNI TERRORU
İŞGƏNCƏLƏR
DEPORTASİYA