Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən həyata keçirilən soyqırım siyasətinin dünya ictimaiyyətinə çatdırılması, törədilmiş təcavüz nəticəsində əsir və girov götürülmüş şəxslərin Vətənə qaytarılması, münaqişə bölgələrində əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların axtarılması işinin səmərəliliyinin artırılması, bu sahədə dövlət orqanları ilə ictimai və beynəlxalq təşkilatların fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmışdır.
Qarabağ müharibəsi 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında baş vermişdir. İkinci Qarabağ müharibəsi 27 sentyabr 2020-ci il başlayır. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2895 nəfər hərbi qulluqçusu həlak olmuşdur. 19 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur.
Bu bölmədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında beynəlxalq və milli qanunvericilikdə nəzərdə tutulmuş konvensiya, qətnamə, qanun, əsasnamə, sərəncamlar yer almışdır.
Bu bölmədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında xəbər, məqalə, müsahibə, video və foto materiallar yer almışdır.
Həssas məzmun
Bu materialda zorakılıq səhnələri və ya ağır qavranan məzmun ola bilər
Bu materialda zorakılıq səhnələri və ya ağır qavranan məzmun ola bilər. Əsəbi zəif olanlara materiallara baxmaq tövsiyə olunmur.
Yalnız 18 yaşdan yuxarı şəxslərə giriş icazəsi var