Erməni əsilli mülki şəxslər Ermənistan tərəfinə təhvil verilmişdir.

Azərbaycan Respublikası
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının

M Ə L U M A T I

18 sentyabr 2021-ci il tarixdə yolu azaraq Qubadlı rayonunun Eyvazlı kəndi ərazisindən Azərbaycan tərəfə keçmiş Ermənistan Respublikasının vətəndaşları, mülki şəxslər - 19.02.1986-cı il təvəllüdlü Hakopyan Hakop Zaveni və 05.06.2001-ci il təvəllüdlü Sarkisyan Aram Qraçiqi Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 19 sentyabr 2021-ci ildə Ermənistana qaytarılmışlar.