13 Aprel 2016
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində 02-05 aprel 2016-cı il tarixlərində baş vermiş hərbi əməliyyatlar zamanı itkin düşmüş hər iki tərəfə aid hərbçilərin sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan axtarış tədbirləri nəticəsində qarşı tərəfə aid bir hərbçinin meyiti aşkarlanaraq aralıq ərazidən çıxarılmışdır. Bu barədə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılmış və hazırda bir Azərbaycan hərbçisinin sonrakı taleyinin aydınlaşdırılması üçün axtarış işləri davam etdirilir.
Axtarışın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.