Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun məlumatı

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri cənab Mədət Quliyevin göstərişinə əsasən, 19.12.2015-ci il tarixdə Komissiyanın rəsmi saytında İşçi qrupundakı vakant vəzifələrə işə qəbulla bağlı elan verilmişdir. Qəbul prosesində iştirak etmək istəyən şəxslərdən tutacaqları vəzifələrin icrasına uyğun olaraq azərbaycan, ingilis və rus dillərini mükəmməl bilmələri, kompyuterdə peşəkar proqramlardan istifadə etmək bacarmaları tələb kimi qoyulmuşdur.

Elanla əlaqədar 883 nəfər müraciət etmişdir. Onların arasında müyyən olunmuş proqram çərçivəsində yoxlama aparılmış və seçim tədbiri başa çatdırılmışdır. Seçim prosesindən keçmiş və işə qəbul üçün digər tələblərə uyğunluğu araşdırılacaq namizədlər şəxsən məlumatlandırılmışdır.

Əməkdaşlığa görə, təşəkkürümüzü bildiririk.