Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı.

Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını əsas götürərək 22 mart 2015-ci il tarixdə könüllü şəkildə Azərbaycan hərbçilərinə təslim olmuş Ermənistan hərbçisi, 1991-ci il təvəllüdlü Qriqoryan Andranik Araratoviçi 18 noyabr 2015-ci il tarixdə azad edərək qarşı tərəfə qaytarmışdır.

Humanitar proses zamanı əvvəlcədən əldə edilmiş razılığa baxmayaraq, Ermənistan tərəfindən prosesdə iştirak edən şəxslərin videoçəkiliş apardığı aşkar edilmişdir. Bununla bağlı Dövlət Komissiyasının əməkdaşları BQXK-ya müraciət etmiş və videoçəkilşin aparılmasının qarşısı alınmışıdr.

Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.