12 Noyabr 2015
Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını əsas götürərək 8 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 1942-ci il təvəllüdlü Abovyan Lusine Qukasovnanı 12 noyabr 2015-ci il tarixdə azad edərək qarşı tərəfə qaytarmışdır.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilən proses zamanı yaxınlıqdakı erməni mövqeylərindən atəş səsləri eşidildiyinə görə DK-nın İşçi qrupunun əməkdaşları qarşı tərəfdən yenidən təhlükəsizlik zəmanəti alınması və atəşin dayandırılması barədə BQXK-nın nümayəndələrinə müraciət etmişlər. Bu tələblər yerinə yetirildikdən sonra L.Abovyanın repatriasiyası həyata keçirilmişdir.