16 Dekabr 2014
10 yanvar 2010-cu il tarixdə Ermənistan Respublikasının Azərbaycan Respublikası Naxçıvan MR ilə sərhəd ərazisini keçdiyi üçün Azərbaycan hərbçiləri tərəfindən saxlanılmış Gevorkyan Eqişe Petrosoviç (30 mart 1958-ci ildə Yerevan şəhərində anadan olmuşdur. Yerevan şəhəri, Gentron rayonu Xorenatsi küçəsi ev 25, mənzil 62 ünvanda yaşayıb. Ailəlidir, 2 oğlu, 1 qızı var) və onun ailə üzvləri – həyat yoldaşı Mardanyan Ruzanna Genoyevna (26 avqust 1982-ci ildə Yerevan şəhərində anadan olmuşdur. Orta təhsillidir), oğlu Gevorkyan Alfred Yeqişeviç (17 iyun 2002-ci ildə Yerevan şəhərində anadan olmuşdur), qızı Gevorkyan Qayane Yeqişevna (9 avqust 2003-cü ildə Yerevan şəhərində anadan olmuşdur), oğlu Mardanyan Petros Yeqişeviç (25 aprel 2006-cı ildə Yerevan şəhərində anadan olmuşdur. Atasının vəsiqəsi girovda olduğu üçün kiçik oğluna doğum evində anasının soyadı verilmişdir) həmin vaxtdan azad olunduğu 12 dekabr 2014-cü il tarixədək Müdafiə Nazirliyinin nəzarətində saxlanmışdır.
Məlum olduğu kimi, ailənin başçısı Y.Gevorkyan Azərbaycan Respublikasının ərazisinə vətəndaşı olduğu ölkədə təqiblərə məruz qaldığı üçün «ЕрAЗ-762» markalı maşınla sərhəd ərazisini Ermənistan hərbçilərinin intensiv atəşi altında özünün və ailəsinin həyatını riskə ataraq keçmişdir. Sərhədi keçən Y.Gevorkyan və onun ailə üzvləri Azərbaycan tərəfindən beynəlxalq humanitar hüquq normalarına uyğun qəbul edilmiş, gündə üç dəfə yeməklə, mətbəx, sanitar qovşağı, hamam-duş otağı, mebel, televizor, iki ədəd kondisioner və digər zəruri məişət avadanlıqları ilə təmin olunmuş üç otaqlı yaşayış yeri ilə, tibbi xidmətlə və geyimlə təmin edilmişlər.
Ermənistan mətbuatında yayılmış məlumata əsasən, ailənin başçısı Yeqişe Gevorkyan adam öldürməkdə iştirak, soyğunçuluq, oğurluq və digər cinayət əməllərinə görə, Ermənistanda bir neçə dəfə həbsdə olmuş (Y.Gevorkyan Ermənistanda 20 il həbs cəzasına məhkum edilmişdir) və hazırda da barəsində cinayət işi mövcuddur. Cinayətkar keçmişinə görə, Ermənistana qayıtmaqdan imtina etmiş, Y.Gevorkyan və həyat yoldaşı R.Mardanyan ailəsi ilə birlikdə Azərbaycana keçdikləri gün - 10 yanvar 2010-cu il tarixdə üçüncü ölkəyə göndərilmələri barədə Azərbaycan hökumətinə yazılı müraciət ünvanlamışlar.
Həmin müraciət müvafiq rəyin alınması üçün əvvəlcə aidiyyəti dövlət qurumlarına ünvanlanmış, sonradan isə prosedura uyğun olaraq ailə başçılarının ərizələri onların üçüncü ölkəyə göndərilməsi üçün BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinə təqdim edilmişdir. Bu qurum tərəfindən ailəyə qaçqın statusu verilərək göndərilmələri üçün ölkənin müəyyənləşdirməsi işinə başlanmışdır. Lakin Y.Gevorkyanın kriminal keçmişini əsas gətirərək Rusiya da daxil olmaqla 8-dən çox dövlət 5 ilə yaxın müddət keçməsinə baxmayaraq, Y.Gevorkyanı və ailə üzvlərini qəbul etməmişdir.
Nəhayət ki, heç bir ölkə tərəfindən qəbul edilməyəcəyini dərk edən Gevorkyan və onun ailəsi cari ilin noyabr ayında Ermənistana qayıtmaq istəyi ilə bağlı yazılı yenidən müraciət etmiş və bu məsələ müsbət həll edilmişdir.
Ailə Azərbaycan ərazisində saxlanıldığı andan etibarən Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında olmuşdur. Bu qurum və BMT QAK tərəfindən saxlanma yerində onlara müntəzəm baş çəkilmişdir. Hər iki təşkilat bu ailənin saxlanma şəraitinin beynəlxalq humanitar hüquq normalarına uyğun olduğunu həmişə təsdiq etmiş, onların saxlanma şəraiti ilə bağlı irad bildirməmişlər. Ailə müntəzəm olaraq tibbi müayinədən keçirilmiş və sağlamlıqları ilə bağlı hər hansı problem olmamışdır. Bu barədə BQXK daim Dövlət Komissiyasını məlumatlandırmışdır.
Bütün bunlara baxmayaraq, Yeqişe Gevorkyan bir çox hallarda özünü emosional apararaq müxtəlif tələblər irəli sürmüş, beynəlxalq təşkilatların ailəyə baş çəkən nümayəndələrinə “iradlar” bildirmiş, hətta intihar edəcəyi, ailə üzvlərinə fiziki xətər yetirəcəyi və aclıq elan edəcəkləri ilə bağlı dəfələrlə onları şantaj etmiş, hədələmiş, təhqir etməkdən belə çəkinməmişdir. Bu hərəkətləri ilə o, müvafiq beynəlxalq qurumlara təsir edərək ailəni tezliklə üçüncü ölkəyə göndərməyin vacibliyini çatdırmağa çalışmışdır.
Gevorkyanların Azərbaycanda saxlandıqları müddət ərzində Ermənistan Respublikası öz vətəndaşlarının geri qaytarılması üçün bir dəfə də olsun beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmamış, eyni zamanda azyaşlı uşaqların taleyi ilə də maraqlanmamışdır. Hətta, 2010-cu ilin noyabr ayında Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində keçirilmiş humanitar prosesdə iştirak edən Ermənistan nümayəndələri rəsmi şəkildə Y.Gevorkyanın kriminal ünsür olduğunu, buna görə də bu ailənin onlara gərək olmadığını bildirmişlər. Bu faktı Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbəri A.Kaprielyanın 26 avqust 2013-cü il tarixdə Новости Армении - NEWS.am (http://news.am/rus/news/168368.html) saytına verdiyi intervü də təsdiq etmişdir. Həmin intervüdə A.Kaprielyan bildirmişdi: “Ermənistan tərəfi Y.Gevorkyana girov və ya əsir kimi deyil, sırf cinayətdən qaçmış şəxs kimi baxır. Mən qəti əminəm ki, Y.Gevorkyan bir gün törətdiyi cinayət əməllərinə görə ədalət məhkəməsi qarşısında cavab verəcək”
Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına və 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına hörmətlə yanaşaraq, aid olduqları ölkəyə könüllü qayıtmaq barədə müraciətləri əsasında 12 dekabr 2014-cü il tarixdə, Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində qarşı tərəfə qaytarmışdır.
Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.
Y.Gevorkyanlar azad edilmə prosesi zamanı (təmas xəttində) da özlərini qeyri-adekvat apararaq 5 il ərzində onlara baş çəkmiş Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən saxlanma yerini tərk edərkən onlara verilmiş isti paltarlardan da nümayişkaranə şəkildə imtina etmişlər. Təbii ki, bu hərəkət erməni nankorluğunun bariz nümunəsidir. Ancaq onlar bu addımı düşünülmüş şəkildə ataraq aid olduqları ölkənin onları qəbul edəcək rəsmilərinə yarınmaq məqsədi də güdmüşlər.
Bu fikir özünü onunla da təsdiq edir ki, Y.Gevorkyan ayağını qarşı tərəfə qoyan kimi erməni xislətinə uyğun olaraq, guya Azərbaycanda dəhlizdə yerləşdirildiklərini onlarla hər kəsin istədiyi kimi davrandığını, qul kimi saxlandıqlarını, işgəncələrə məruz qaldıqlarını, döyüldüklərini, hətta toka verildiklərini bildirmişdir. R.Mardanyan isə daha da uzağa gedərək məcburi şəkildə abort edildiyini bildirmiş, guya bu barədə yazılı razılığın alınması üçün onu ərini öldürəcəkləri ilə təhdid etmişlər. Lakin nədənsə, erməni jurnalistlər R.Mardanyandan açıq dəhlizdə özü də iki dəfə necə hamilə qaldığını soruşmamışlar.
Halbuki Y.Gevorkyan və R.Mardanyan ölkəmizə keçdikdən sonra Azərbaycanda fəaliyyət göstərən KİV-lərə verdikləri ifadələrdə Ermənistandakı dözülməz həyat tərzindən yorulduqlarını, hakimiyyətin qeyri-qanuni olduğunu, S.Sarkisyan başda olmaqla qarabağ klanının erməniləri bezdirdiyini, onların elementar hüquqlarının olmadığını, uşaqları üçün orada gələcək görmədiklərini, seçki hüquqlarının pozulduğunu, iş yeri belə tapa bilmədiklərini, aclıq və səfalət içində yaşayan əhalinin Ermənistandan qaçdığını, orada yaşamağın mümkün olmadığını və s. bu kimi fikirlər səsləndirmişlər. Eyni fikirləri, bu ailə Ermənistana repatriasiyadan əvvəl verdikləri video ifadədə də səsləndirmiş, hətta Ermənistanda əsir kimi yaşadıqlarını bildirmişlər.
Məlumdur ki, verdikləri ifadələrin tam şəkildə biri-birinə zidd olması Gevorkyanların öz xislətindən irəli gəlsə də, bu məsələdə Ermənistanın aidiyyəti qurumlarının xüsusi təsiri də ciddi rol oynamışdır.
Bununla yanaşı, maraqlı olan məqam ondan ibarətdir ki, geri qaytarıldığı gün ailəni müayinə etmiş erməni həkim Qaqik Manukyan onların tam sağlam olduğunu, heç bir virus daşıyıcısı olmadığını bildirmişdir.
Beləliklə, Gevorkyanların öz ölkələrində verdikləri ifadələrin, o cümlədən guya baş çəkmək üçün beynəlxalq təşkilatları onların yanına buraxılmaması, onları üçüncü ölkəyə göndərilməsinə Azərbaycanın mane olması, soyadlarını dəyişərək Azərbaycanda qalmaq barədə təklif və s. bu tipli fikirlərin heç bir əsası yoxdur və bunlar riyakarlıqla yanaşı, özünü müdafiə və özünü sığortaya hesablanmışdır.
Əvvəla qeyd etmək lazımdır ki, üçüncü ölkəyə göndərmək səlahiyyəti BMT Qaçqınlar üzrə Ali Komissarlığının səlahiyyətinə aiddir. Əgər bu qurum Gevorkyanları göndərmək üçün müvafiq ölkə tapa bilməyibsə, problem yalnız Y.Gevorkyanın kriminal keçmişindədir. Bunu onun özü də aid olduğu ölkə də yaxşı bilir.
Soyadını dəyişdirərək Azərbaycanda qalmaq təklifinin də heç bir əsası ona görə yoxdur ki, birincisi 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına görə bu qadağandır. İkincisi isə öz ölkəsinə və hər hansı digər üçüncü ölkəyə gərək olmayan bir insanın Azərbaycanda saxlanması heç bir məntiqə söykənə bilməz.
Az-çox diqqəti və ədaləti olan insanlar Gevorkyanların Azərbaycana gələrkən çəkilmiş fotoşəkilləri ilə geri qayıdarkən çəkilmiş fotoşəkillərini obyektiv müqayisə etsələr, onların hansı şəraitdə saxlanması barədə düzgün nəticə çıxara bilərlər.
Əlbəttə ki, Ermənistan bu hərəkətləri ilə beynəlxalq humanitar hüquq normalarını pozmaqla yanaşı, qeyri-insani və qeyri-əxlaqi davranış nümayiş etdirir, əsir-girovları və ümumiyyətlə müharibə qurbanlarını özünün çirkin təbliğat siyasətinin alətinə çevirir.