Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla apardığı səmərəli danışıqlar nəticəsində, Azərbaycan Respublikasının Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində işğalçı ordunun hərbçiləri tərəfindən 11 iyul 2014-cü il tarixdə qətlə yetirilmiş Azərbaycan Respublikasının vətəndaşı, 1978-ci il təvəllüdlü Həsənov Həsən Fərman oğlunun nəşi 2 oktyabr 2014-cü il tarixdə qarşı tərəfdən alınmışdır.

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.