06 May 2014
20 aprel 2014-cü il tarixdə Azərbaycan Respublikası Füzuli rayonu, Əbdürrəhmanlı kəndi istiqmətində saxlanılmış erməni, 1956-cı il təvəllüdlü Mayelyan Vaqif Rubenoviç 06 may 2014-cü il tarixdə, Azərbaycan Respublikası Ağdam rayonu, Baş Qərvənd kəndi ərazisində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində qarşı tərəfə qaytarılmışdır.
İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.