Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı.


7 mart 2014-cü il tarixdə Azərbaycan Respublikası Tovuz rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 1991-ci il təvəllüdlü Xocayan Arsen Ananyeviç 10 aprel 2014-cü il tarixdə, Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində qarşı tərəfə qaytarılmışdır.

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.