04 Mart 2014
28 yanvar 2014-cü il tarixdə Azərbaycan Respublikası Tovuz rayonu Əlibəyli kəndi ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 1937-ci il təvəllüdlü Xocayan Mamikon Tiqranoviç 4 mart 2014-cü il tarixdə Qazax rayonu Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində qarşı tərəfə qaytarılmışdır.
İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.