11 May 2023
Məhkəmə arxeologiyası və antropologiyası mövzusuna həsr edilmiş Beynəlxalq Konfrans Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə əməyinin nəticəsidir.
Elmi konfransın məqsədi Azərbaycanda məhkəmə arxeologiyası və antropologiyasının bünövrəsinin beynəlxalq standartlar əsasında və sahələrarası konsepsiya və humanitar yanaşma çərçivəsində qoyulması və inkişaf etdirilməsi məqsədilə sözügedən sahələrdə çalışan beynəlxalq və yerli ekspert və alimləri bir araya gətirməkdir.