Aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən olunmuş I Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşları
Aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən olunmuş I Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşları
18 Avqust 2023
hərbçi - 11 nəfər
mülki - 4 nəfər
dəfn edilmişdir - 2 nəfər (1 hərbçi, 1 mülki)
1. İmişli rayonunun Şəmmədli kənd qəbiristanlığında məzardan ekshumasiya edilmiş meyit qalıqlarının 07.04.1971-ci ildə Yevlax rayonunun Aranlı qəsəbəsində anadan olmuş, 19.01.1994-cü ildə Füzuli rayonunun Şükürbəyli kəndi ərazisində itkin düşmüş İbrahimov Vəliyəddin Səhrab oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilmişdir. 2020-ci ilin yanvar ayında Yevlax şəhər qəbiristanlığında dəfn olunmuşdur;
2. Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 19.12.1960-cı ildə Bakı şəhəri, Suraxanı rayonunda anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Abdullayev Nurəli Hacıbaba oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilmişdir;
3. Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 12.1971-ci ildə Bakı şəhəri, Sabunçu rayonunda anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Qurbanov Nofəl Nəriman oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilmişdir;
4. Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 07.04.1968-ci ildə Xızı rayonunun Giləzi qəsəbəsində anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Rüstəmov Araz Bağı oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilmişdir);
5. Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 25.02.1951-ci ildə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Hüseynov Gülverdi Ağahüseyn oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilmişdir;
6. Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 26.02.1961-ci ildə Bakı şəhəri, Nizami rayonunda anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Abbasov Məhərrəm Abbas oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilmişdir;
7. Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 24.07.1966-cı ildə Xaçmaz rayonunun Kiçik Buraxum kəndində anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Niftəliyev Adil Kamal oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilmişdir;
8. Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 22.09.1969-cu ildə Şamaxı rayonunun Göylər kəndində anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Mikayılov Baba Balakişi oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilmişdir;
9. Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində aşkar edilmiş meyit qalıqları 01.06.1948-ci ildə Kəlbəcər rayonunun İstisu qəsəbəsində anadan olmuş, 02.04.1993-cü ildə həmin ərazidə itkin düşmüş İsayeva Sənəm Həsən qızına (mülki şəxs) məxsus olduğu müəyyən edilmişdir. 2023-cü ilin aprel ayında Kəlbəcər şəhər qəbiristanlığında dəfn olunmuşdur;
10. Kəlbəcər rayonunun Yenikənd kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 01.06.1952-ci ildə Kəlbəcər rayonunun Taxtabaşı kəndində anadan olmuş, 27.03.1993-cü ildə Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində itkin düşmüş Əzizov Yusif İsmayıl oğluna (mülki şəxs) məxsus olduğu müəyyən edilmişdir;
11. Kəlbəcər rayonunun Yenikənd kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 01.06.1963-cü ildə Kəlbəcər rayonunun Taxtabaşı kəndində anadan olmuş, 27.03.1993-cü ildə Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində itkin düşmüş Musayev Mehman Camal oğluna (mülki şəxs) məxsus olduğu müəyyən edilmişdir;
12. Kəlbəcər rayonunun Yenikənd kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 01.06.1939-cu ildə Kəlbəcər rayonunun Taxtabaşı kəndində anadan olmuş, 27.03.1993-cü ildə Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində itkin düşmüş Qarayev Qafar Qəmbər oğluna (mülki şəxs) məxsus olduğu müəyyən edilmişdir;
13. Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 01.07.1971-ci ildə Füzuli rayonunun İşıqlı kəndində anadan olmuş, 27.03.1993-cü ildə Füzuli rayonunun Cuvarlı kəndi ərazisində itkin düşmüş Allahverdiyev Şəmsəddin Əvəz oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilmişdir (Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən yaxın zamanda rəy veriləcəkdir);
14. Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 13.08.1968-ci ildə Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndində anadan olmuş, 06.08.1993-cü ildə Füzuli rayonunun Govşaltı kəndi ərazisində itkin düşmüş Hüseynov Əli Heydər oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilmişdir (Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən yaxın zamanda rəy veriləcəkdir);
15. Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 09.09.1966-cı ildə Ağstafa rayonunun Eynallı kəndində anadan olmuş, 31.08.1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində itkin düşmüş Məmmədov Əsəd Məmməd oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilmişdir (Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən yaxın zamanda rəy veriləcəkdir).
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı