Aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən olunmuş I Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşları

hərbçi - 9 nəfər
mülki  - 1 nəfər

1. Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 01.02.1973-cü ildə Saatlı rayonunun Cəfərxan kəndində anadan olmuş, 31.08.1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində itkin düşmüş Tahirov Seyfulla Veytulla oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilmişdir;
2. Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 04.07.1967-ci ildə Salyan rayonunun Kürsəngi kəndində anadan olmuş, 31.08.1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində itkin düşmüş Atamoğlanov Əbülfət Sabir oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilmişdir;
3. Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 27.04.1973-cü ildə Salyan rayonunun Qaradağlı kəndində anadan olmuş, 31.08.1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində itkin düşmüş Hacıyev Təhsin Fikran oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilmişdir;
4. Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 29.06.1974-cü ildə Bakı şəhəri, Qaradağ rayonunda anadan olmuş, 31.08.1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində itkin düşmüş Əsədov Vüqar Habil oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilmişdir;
5. Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 11.01.1974-cü ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olmuş, 31.08.1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində itkin düşmüş Babaşov Əhməd Tahir oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilmişdir.
6. Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 01.06.1933-cü ildə Füzuli rayonunun Dördçinar kəndində anadan olmuş, 03.09.1993-cü ildə həmin ərazidə itkin düşmüş Xələfov Cahangir Məmi oğluna (mülki şəxs) məxsus olduğu müəyyən edilmişdir;
7. Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 26.08.1969-cu ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olmuş və 05.08.1993-cü ildə Füzuli rayonunun “Murquzlu” dağı ("Üçtəpə" yüksəkliyi) ərazisində itkin düşmüş Nağıyev Cahid Şəfa oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilmişdir;
8. Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 25.05.1967-ci ildə Bakı şəhərində anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Məmmədov Elmar İnqilab oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilmişdir;
9. Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 17.11.1963-cü ildə Bakı şəhəri, Xətai rayonunda anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Qasımov Veysəl Qasım oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilmişdir.
10. Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 20.12.1956-cı ildə Bakı şəhəri, Səbail rayonunda anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Əhmədov Riad Fikrət oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilmişdir.


1. Tahirov Seyfulla Veytulla oğlu2. Atamoğlanov Əbülfət Sabir oğlu3. Hacıyev Təhsin Fikran oğlu4. Əsədov Vüqar Habil oğlu
5. Babaşov Əhməd Tahir oğlu6. Xələfov Cahangir Məmi oğlu7. Nağıyev Cahid Şəfa oğlu8. Məmmədov Elmar İnqilab
9. Qasımov Veysəl Qasım oğlu10. Əhmədov Riad Fikrət oğlu


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı