
07 Fevral 2025
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
7 fevral 2025-ci il tarixdə Azərbaycan – Ermənistan dövlət sərhədində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistan Respublikası Əsir düşmüş, saxlanılmış və itkin (yeri məlum olmayan) şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş baş tutmuşdur.
Görüşdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılmış və komissiyalar arasında ikitərəfli əsasda müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunmuşdur.Сообщение Государственной Комиссии Азербайджанской Республики по делам военнопленных, заложников и без вести пропавших граждан
7 февраля 2025 года на государственной границе Азербайджана и Армении состоялась встреча представителей Государственной Комиссии по делам военнопленных, заложников и пропавших без вести граждан Азербайджанской Республики и Межведомственной комиссии по делам военнопленных, удержанных и пропавших (местонахождение неизвестно) без вести лиц Республики Армения.
На встрече состоялся обмен мнениями по вопросу выяснения судьбы пропавших без вести лиц и достигнута договоренность о продолжении обсуждений на двусторонней основе между комиссиями.