Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı.
05 Fevral 2019
Aidiyyəti beynəlxalq təşkilatlardan daxil olmuş məlumata əsasən, 1 fevral 2017-ci il tarixdə Ermənistan hərbçiləri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxlanılmış və separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən “azadlıqdan məhrum edilmiş” Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu 2 fevral 2019-cu il tarixdə saxlanıldığı Şuşa şəhərindən Ermənistan Respublikasına aparılmışdır.
Saxlanıldığı vaxtdan etibarən E.Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmış və hazırda bu istiqamətdə zəruri işlər aparılır.