Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
26 Noyabr 2018
26 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Ağdam rayonu ərazisində qoşunların qarşıdurma xəttində təxribat törətməyə cəhd edərkən saxlanılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 may 2015-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Ermənistan hərbçisi 1994-cü il təvəllüdlü Baqdasaryan Arsen Eduardoviçin Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyana ünvanladığı əsir-girovların “hamının-hamıya” prinsipi ilə azad edilməsi ilə bağlı müraciəti ictimaiyyətin diqqətinə təqdim edilir.
Arsen Baqdasaryan özünün yazdığı müraciətinin ictimaiyyətə açıqlanmasını Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından xahiş etmişdir.