16 Fevral 2017
Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına verilmiş məlumata görə, bu qurumun əməkdaşları 1 fevral 2017-ci il tarixdə Ermənistan hərbçiləri tərəfindən, Tərtər rayonu, Talış kəndi istiqamətində saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü, Hüseynzadə Elnur Elman oğluna baş çəkmişlər.
Başçəkmə Elnur Hüseynzadənin hazırda saxlandığı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində həyata keçirilmişdir.
BQXK mandatına uyğun olaraq E.Hüseynzadənin saxlanma şəraitini və onunla davranışı monitorinq etmişdir.