Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı.

7 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisinə keçdiyi üçün Azərbaycan hərbçiləri tərəfindən saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 1954-cü il təvəllüdlü Agetyan Henrix Sayrebekoviçlə bağlı aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılmışdır.
Hazırda beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq saxlanılmış şəxslə bağlı zəruri prosedurlar həyata keçirilir. Məsələ barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.