10 İyun 2016
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla apardığı səmərəli danışıqlar nəticəsində, 7 iyun 2016-cı il tarixdə Ermənistan Respublikasının ərazisində saxlanmış Azərbaycan vətəndaşı, Gədəbəy rayonu, Arabaçı kənd sakini 1977-ci il təvəllüdlü, Ələkbərova Qətibə İbrahim qızı 10 iyun 2016-cı il tarixdə azad edilmişdir. Sağlamlıq durumu nəzərə alınaraq, azad edildikdən sonra Qətibə Ələkbərova dispanser qeydiyyatında olduğu Qazax rayonlararası ruhi xəstəxanasına təhvil verilmişdir.
İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.