Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı.

6 may 2016-cı il tarixdə, saat 15.00-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq humanitar hüquq müstəvisində” mövzusunda konfrans keçirəcək.

Tədbirin məqsədi Akademiyada təhsil alan tələbə-gənclərin müharibə qurbanları, onların beynəlxalq humanitar sənədlərlə qorunan hüquqları və Ermənistan tərəfindən beynəlxalq normaların pozulması faktları barədə məlumatlandırılması, bu sahəyə münasibətlərinin öyrənilməsindən ibarətdir.

Dövlət İdarəçilik Akademiyasının binasında keçiriləcək konfransa kütləvi informasiya vasitələrini dəvət edirik.

Əlaqə telefonları: (+99412) 405-98-72, (+99412) 405-85-79, (+99412) 405-83-82, (+99412) 598-50-21 - faks.