Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı.

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı həlak olmuş və 11 aprel 2016-cı il tarixdə Azərbaycan hərbçilərinin nəzarətində olan ərazidə aparılan axtarış zamanı meyiti tapılmış bir Ermənistan hərbçisinin nəşi 20 aprel 2016-cı il tarixdə qarşı tərəfə verilmişdir.

İnsidentsiz keçən proses Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilmişdir.