Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanmışdır.

Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumaasiyası işləri davam etdirilir.
Bu istiqamətdə aparılmış növbəti tədbirlər zamanı, 28 mart 2022-ci il tarixdə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanmışdır.
Adı çəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir. Tapılmış meyit qalıqları ərazidən götürülərək müvafiq ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil veriləcəkdir.
Məlumat üçün bildiririk ki, Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər (siyahı əlavə edilir) Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınmışdır. Eyni zamanda, Dövlət Komissiyasında toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonu, Pirlər kəndində 46 nəfər, Ağdam rayonu, Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşmüşdür.
Fərrux yüksəkliyində və ətrafında kütləvi məzar yerlərinin olması ehtimalı nəzərə alınaraq, mütəxəssislərdən ibarət heyət tərəfindən ərazidə axtarış və müvafiq ekshumasiya tədbirlərinin aparılması planlaşdırılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Birinci Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyində
itkin düşmüş Azərbaycan hərbçilərinin siyahısı
(s
oyadı, adı, atasının adı, təvəllüdü, itkin düşdüyü tarix)

  1. Abdullayev Əlibala Teyyub oğlu, 27.02.1972, 19.09.1992.
  2. Ağayev Arzu Nazir oğlu, 16.12.1973, 24.01.1993.
  3. Allahverdiyev Baba Müseyib oğlu, 13.11.1971, 28.10.1992.
  4. Allahverdiyev Əhməd Ənvər oğlu, 30.04.1974, 19.01.1993.
  5. Bağırov Baləddin Yusif oğlu, 19.11.1972, 18.09.1992.
  6. Basenşpiler Mixail Arifoviç, 04.02.1963, 19.09.1992.
  7. Baxışov Xəlil Salman oğlu, 01.07.1965, 28.09.1992.
  8. Bədirxanov Mehman Əhməd oğlu, 27.02.1957, 19.09.1992.
  9. Behbudov Əli Durmuşəli oğlu, 01.06.1971, 19.09.1992.
10. Cəbrayılov İlham İbrahim oğlu, 17.01.1973, 19.09.1992.
11. Cəfərov Mehman Əbdülrəhman oğlu, 28.01.1968, 20.01.1993.
12. Cəfərov Sənan Vəli oğlu, 05.08.1972, 25.01.1993.
13. Dadaşov İlham Adil oğlu, 19.06.1973, 19.09.1992.
14. Eminov Mehman Bəhram oğlu, 01.03.1974, 25.01.1993.
15. Eyvazov Məsud Eynulla oğlu, 08.12.1972, 19.09.1992.
16. Əhmədov Faiz Mahmud oğlu, 15.10.1956, 20.01.1993.
17. Əliməmmədov Vahid Zəbişah oğlu, 07.11.1971, 13.11.1992.
18. Əliyev Hidayət Kamal oğlu, 01.02.1973, 27.10.1992.
19. Əliyev İlqar Hidayət oğlu, 01.12.1972, 24.01.1993.
20. Əmiraslanov Bəxtiyar Cahid oğlu, 11.09.1971, 29.10.1992.
21. Əsgərov Bəxtiyar Ağabala oğlu, 25.01.1973, 19.09.1992.
22. Əzizov Pərviz Bayramqulu oğlu, 18.12.1969, 28.10.1992.
23. Fərzəliyev Vidadi Molut oğlu, 01.06.1962, 25.01.1993.
24. Həbibov Elnur Paşa oğlu, 21.12.1973, 26.01.1993.
25. Həsənov Eldəniz İlyas oğlu, 17.12.1969, 01.01.1993.
26. Hüseynov Cəsarət Binnət oğlu, 01.11.1973, 27.10.1992.
27. Hüseynov Hüseyn Əhməd oğlu, 21.06.1935, 19.01.1993.
28. Hüseynov Vüqar Cavanşir oğlu, 31.05.1973, 19.09.1992.
29. Hüseynov Vüqar Tahir oğlu, 09.07.1973, 25.01.1993.
30. Hüseynov Xəqani Saleh oğlu, 10.06.1970, 28.10.1992.
31. İbadov Maarif Məhiş oğlu, 18.05.1971, 29.09.1992.
32. İbrahimov Kərəm Hümbət oğlu, 05.05.1972, 28.10.1992.
33. İsmayılov Tahir İsa oğlu, 19.01.1965, 30.10.1992.
34. İsrafilli Həsən Hüseyn oğlu, 05.03.1958, 18.06.1992.
35. Kərimov Xaləddin Telman oğlu, 09.11.1968, 27.10.1992.
36. Qəhrəmanov Vidadi İslam oğlu, 30.03.1971, 19.01.1993.
37. Qəhrəmanov Qəhrəman Süleyman oğlu, 05.03.1973, 30.09.1992.
38. Qubadov Vüqar Hicran oğlu, 07.02.1973, 19.09.1992.
39. Qurbanov Natiq Mirzəli oğlu, 16.02.1970, 30.10.1992.
40. Qurbanov Rasim Fikrət oğlu, 19.12.1972, 28.10.1992.
41. Qurbanov Şaban Qulu oğlu, 08.11.1972, 28.10.1992.
42. Məmmədov Elman Nurəddin oğlu, 25.08.1970, 11.02.1993.
43. Məmmədov Faiz Kərim oğlu, 14.09.1971, 29.10.1992.
44. Məmmədov İlqar Nuru oğlu, 01.07.1961, 26.01.1993.
45. Məmmədov İlqar Şirzal oğlu, 08.09.1971, 19.09.1992.
46. Məmmədov Mehman Tofiq oğlu, 15.04.1972, 19.09.1992.
47. Məmmədov Pərviz Aşralı oğlu, 04.05.1973, 27.10.1992.
48. Mənsimov Rüstəm İsrafil oğlu, 01.07.1970, 28.10.1992.
49. Mirzəyev Araz Seyfəddin oğlu, 28.07.1973, 25.01.1993.
50. Muxtarov Aydın Şaban oğlu, 29.05.1974, 24.01.1993.
51. Namazov Pəhlivan Elman oğlu, 29.12.1969, 19.01.1993.
52. Namazov Elçin Mahmud oğlu, 13.09.1962, 30.10.1992.
53. Nyuneçkin Vladimir Anatolyeviç, 03.02.1961, 28.10.1992.
54. Orucov Kamran Niyətulla oğlu, 27.01.1974, 19.09.1992.
55. Ömərov Nizaməddin Məcid oğlu, 09.10.1974, 21.01.1993.
56. Salmanov Sahib Salman oğlu, 16.04.1973, 28.10.1992.
57. Səmədov Hümbət Əhəd oğlu, 04.12.1966, 13.06.1992.
58. Svanidze Məhəmməd Fəzli oğlu, 18.04.1974, 22.01.1993.
59. Şirinov Zahid Əsədulla oğlu, 31.08.1971, 20.09.1992.
60. Tarverdipur Elşad Hüseyn oğlu, 18.03.1971, 28.10.1992.
61. Təsəlliyev Aqil Böyükağa oğlu, 02.02.1973, 25.01.1993.
62. Zeynalov Bədəl Babası oğlu, 19.11.1973, 25.01.1993.