31 Mar 2023
1918-ci il mart ayının 30-da Bakıda erməni-bolşevik qüvvələri tərəfindən türk-müsəlman əhalisinə qarşı yönəlmiş qırğınlar aprelin 2-nə kimi davam etmiş, öz kütləvi xarakterinə, miqyasına və amansızlığına görə “milli faciə” kimi qiymətləndirərək Azərbaycan tarixinə “1918-ci il Mart hadisələri” adı ilə daxil olmuşdur. Bu qırğınlar nəticəsində ən ümumi hesablamalara görə 12 mindən artıq azərbaycanlı qətlə yetirilmiş, müsəlmanlara məxsus yüzlərlə tarixi və mədəni abidələr, ictimai, dini, ticarət binaları, bütöv yaşayış məhəllələri, ayrı-ayrı evlər dağıdılmış və yandırılmışdır. (1)
Azərbaycanlılara qarşı vəhşiliklərin dəhşətli miqyası həmin dövrdə şəhərdə fəaliyyət göstərən siyasi partiyaların heç birini biganə qoymamış, həmçinin mülki əhali və digər xalqların nümayəndələrində ağır təəssürat yaratmışdır. Görünməmiş vəhşiliklə qətlə yetirilmiş insanlar arasında minlərlə qoca, qadın, uşaqların olması şəhərin yalnız müsəlman deyil, digər əhali qrupları arasında xüsusilə böyük əks səda doğurmuş, şəhərin rus dilli qeyri-bolşevik mətbuatında bu hadisələr məhz milli qırğın kimi qiymətləndirilmişdir. Məs., Menşeviklərin “Naş qolos” (Bizim səsimiz) qəzeti həmin günləri belə təsvir edirdi: “Hər tərəf meyitlərlə doludur – yanıb kül olmuş, doğranmış, eybəcər hala salınmış… “Təzə pir” məscidi artilleriya atəşlərindən güclü ziyan çəkmişdir… Patrul 6-cı polis sahəsinin həyətində 600-ə yaxın əsir müsəlman qadın və uşaqları tapdı, onları azad etdi və şəhərin müsəlman hissəsinə qədər müşayiət etdi.. Geniş kütlələr qəzəb və nifrətlə dolub-daşır, bu hisslər getdikcə qəzəbli intiqam hissinə çevrilir ki, onların qarşısını almaq elə də asan olmayacaq.” (2) Azərbaycanlılara və “Müsavat” partiyasına hər hansı bir rəğbəti olmayan bu qəzet mart hadisələrini milli qırğın kimi qiymətləndirmiş və məhz bu mövqeyinə görə - “hadisələrə həqiqətə uyğun olmayan qiymət verdiyi və açıq-aşkar qərəzli məqalələr” nəşr etdiyi üçün “İnqilab müdafiə komitəsinin” qərarı ilə dərhal bağlanmışdır. (3)
Mart qırğınları dayandırıldıqdan sonra“müsəlman Bakısının məğlub olmasından” eyforiyaya halına gələn və “qələbəni” təntrənə ilə qeyd edən Bakının erməni əhalisi az sonra qırğınların nəticələrinin şəhərdə oyatdığı təsirdən qorxuya düşür. Axıdılan günahsız qanlar üçün cavab vermək lazım gələcəyini anlayan, Bakının digər əhali qruplarının töhmətləri ilə qarşılaşan erməni cəmiyyətinin nümayəndələri, xüsusilə kübar dairələr bu hadisələrdə şəhərin erməni əhalisinin hər hansı rolunu danmağa başlayır, buna tam şəkildə müvəffəq olmadıqda isə, “ən yaxşı halda” cəbhədən qayıdan erməni əsgərlərinin və ya yerli “erməni qara camaatından” ayrı-ayrı şəxslərin iştirakını etiraf etməklə kifayətlənırlər.

Bu məsələyə dair kifayət qədər çox geniş material mövcud olduğunu nəzərə alaraq məruzəmizdə erməni xadimlərinin öz mövqelərini sübut etmək üçün xüsusi inadla istifadə etdikləri yalnız iki arqument ətrafında bəhs edəcəyik.
Bakıda mart qurbanlarının cəsədləri hələ tam yığışdırılmadığı, itkin düşmüş insanların hələ tapılmadığı, azərbaycanlı əhalinin isə kütləvi surətdə şəhərdən qaçdığı bir vaxtda, mart faciələrindən cəmi 9 gün sonra Tiflisdə sosial-inqilabçıların (eserlərin) orqanı “Znamya truda” (Əmək bayrağı) qəzetinin 29 mart (11 aprel) 1918-ci il tarixli sayında aşağıdakı məzmunda Bakıdan göndərilmiş bir teleqram dərc olunur:
“Bakıda sakitlik yaranmışdır. Vilayətin xoş güzəranı naminə, mən ümumxalq qarşısında şəxsən bəyan etməyi özümə borc bilirəm ki, Bakı hadisələri erməni-tatar (azərbaycanlı - müəl.) toqquşması xarakteri daşımamışdır. Bütün döyüşlər zamanı tatarlar tatar məhəllələrində yaşayan ermənilərə toxunmamışlar. Erməni hissələri isə 14000-dən çox müsəlmanı xilas edərək onlara sığınacaq vermişdir və onlar İran konsulunun vasitəçiliyi ilə qaytarılmışlar. Mən öz səsimi hər yerdə və hər cür qisasçılıq və düşmənçilik əməllərinə dərhal son qoyulması yolunda qaldırıram. Bunun ümumi maraqlara uyğun olduğunu düşünərək, sizdən əhali arasında sülh və əmin-amanlığın bərqərar olması üçün hər cür köməklik göstərməyinizi xahiş edirəm. Qoy hər kəs öz dinc həyatına qayıtsın”. (4)
Teleqram Tiflisdə fəaliyyət göstərən Zaqafqaziya Hökumətinin adına ünvanlanmışdı, onun altında isə Hacı Zeynalabdin Tağıyevin adı göstərilirdi.
Əvvəlcədən qeyd edək ki, həmin sənədin əsli mövcud deyildir. Moskvada, Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivində bu teleqramın yalnız mətni (qəzetə istinadən) saxlanılır. Təbii ki, bu amildən çıxış edərək, həmin sənədin etibarlılığını şübhə altına almaq və ona ciddi əhəmiyyət verməmək olardı. Lakin mənşəyi məlum olmayan bu teleqram tanınmış Azərbaycan milyonçusu - neft sənayeçisi, ictimai xadim və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən Bakıda mart hadisələrində erməni amilini inkar edən mühüm bir sənəd kimi “1918-1920-ci illər Bakı və Yelizavetpol quberniyalarında erməni qırğınları” adı altında 2003-cü ildə Yerevanda nəşr edilmiş sənədlər toplusuna daxil edilib. (5)
Bundan əlavə, 1918-ci ilin oktyabr ayından başlayaraq həmin teleqram ermənilərin siyasi, ictimai, dini dairələrinin bütün tanınmış xadimləri tərəfindən Bakıda mart qırğınları zamanı erməni təşkilatlarının və şəhərin erməni əhalisinin həmin qırğınlarda nəinki iştirak etmədiyinin, hətta xilasedici rol oynadığının təsdiqi kimi istər öz dövründə, istərsə sonrakı illərdə Bakıdakı xarici nümayəndəliklərdən başlayaraq, yerli və xarici mətbuatda, dövlət və ictimai qurumlar, ən müxtəlif beynəlxalq təşkilatlar və s. arasında geniş yayılmışdır. Həmin sənədin bu gün də Bakıdakı mart hadisələrinin əsl mahiyyətini təhrif etmək məqsədi ilə erməni müəllifləri tərəfindən gündəmdə saxlanıldığını nəzərə alaraq bu məsələyə aydınlıq gətirməyi zəruri bilirik.
Teleqramın həqiqətən H.Z.Tağıyevə aidiyyəti bir sıra səbəblərdən şübhə doğurur. Əvvəla, 1918-ci il mart faciələri günlərində Tağıyevin bütün ailəsi böyük matəm və dərin sarsıntı içində idi. Həmin ərəfədə Hacının oğlu, Lənkəranda yerləşən müsəlman diviziyasının zabiti Məhəmməd Tağıyev silahla ehtiyatsız davranması səbəbindən faciəli şəkildə həlak olmuşdu. Məhz onun silahdaşlarının, M.Tağıyevin cənazəsini müşayiət edərək Lənkərandan Bakıya dəfnə gəlmiş müsəlman diviziyasının 48 zabit və əsgərinin S.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti tərəfindən tərksilah edilməsi ilə bağlı yaranmış münaqişə bir bəhanə kimi istifadə edilməklə mart hadisələrin başlanmasına səbəb olmuşdu. Bu hərbi dəstənin başçısı Hacının öz kürəkəni, onun böyük qızı Leyla xanımın əri, digər Bakı milyonçusu Şəmsi Əsədullayevin oğlu Əli Əsədullayev idi və bu Azərbaycan zabiti mart hadisələri başlanan andan demək olar ki, bütöv bir gün ərzində öz döyüşçüləri ilə birgə bolşevik-erməni qüvvələrinə silahlı müqavimət göstərmişdi. (6) H.Z.Tağıyevin özü bu günlərdə evindən bayıra çıxmamış, erməni neft sənayeçisi Ambarsum Melikovun onun ardınca göndərdiyi oğlanları – Georqiy və Sergeyin atalarının adından təhlükəsizlik naminə onların evinə getmək təklifini qəbul etməmişdi.
Yeri gəlmişkən qeyd edilməlidir ki, Erməni Milli Şurasının və “Daşnaksütun”un Bakı Komitəsinin rəhbərlərindən biri olan Ambarsum Melikovun evində həmin günlər bu partiyanın qərargahı yerləşirdi və əsir götürülən bir çox tanınmış azərbaycanlıları məhz oraya gətirirdilər. Bu sonuncular arasında rus ordusunun zabiti, şahzadə Mansur Qacar da olmuşdur ki, sonralar o, yalnız yəhudi dostları sayəsində erməni əsgərləri tərəfindən qaçılmaz ölümdən qurtulması və əsir qismində Melikovun evində saxlanma şəraiti haqqında ətraflı ifadə vermişdi (7). Həmçinin, Melikovlar ailəsinin özünün – ata və iki oğulun – mart günlərində əlisilahlı mərkəzi küçələrdə müsəlmanların qətlə yetirilməsində şəxsən iştirakları təkzibedilməz sübutlarla təsdiq edilmişdi. Sonralar Melikov-ata Bakını vaxtında tərk edə bilmişdi, oğulları isə Azərbaycanın İstintaq orqanları tərəfindən həbs edilmişdilər. (8)
Bu zaman 80 (başqa mənbələrə görə - 95) yaşı olan Hacı, şübhəsiz ki, Melikovlar haqqında bütün bu təfərrüatları bilmirdi. Amma istənilən halda o, öz evini tərk etməmiş, həmin günlər artıq bir çox kübar və zəngin azərbaycanlıların evlərini talan etmiş ermənilərin isə Hacının zəngin ev-sarayına hücum etməyə cəsarətləri çatmamışdı. (9) Tağıyev həddən artıq böyük və tanınmış şəxsiyyət idi. Lakin, görünür ki, bu məqam, heç də tədbirli və uzaqgörən ermənilərə bu böyük azərbaycanlının adını öz məqsədlərinə yolunda istifadə etməyə mane olmamışdır.
Burada qeyd edilməlidir ki, geniş dünyagörüşünə malik və maarifpərvər bir insan olan Tağıyevin əslində savadı yox idi və adı çəkilən teleqramın Hacının özü tərəfindən göndərilməsi bu baxımdan ümumiyyətlə qeyri-mümkün idi. Həmin teleqramın Hacının xahişi ilə kimsə tərəfindən göndərilməsi isə heç bir sübut-dəlil, yaxud hər hansı başqa bir mənbə tərəfindən təsdiq olunmur.
Məntiqi baxımdan da bu sənəd əsassız sayılır. Belə ki, mart hadisələrindən dərhal sonra şəhərdə bolşevik Bakı Sovetinin tək hakimiyyətliliyi bərqərar edilmişdisə və bu hakimiyyət Zaqafqaziya Seymini və hökumətini tanımırdısa, Bakı əhalisi arasında sülhün yaradılması haqqında xahişdən ibarət teleqramın ümumiyyətlə Tiflisə, Zaqafqaziya hökumətinə göndərilməsinin nə mənası var idi?
Əgər Tağıyevin bu zaman yeni hakimiyyət haqqında hələ “heç nə bilmədiyi” fərz edilərsə, o zaman Hacı şəhərdə nə baş verdiyi və xüsusilə də “ermənilərin xilas etdiyi 14 000 müsəlmanlar” haqqında haradan və kimdən məlumat ala bilərdi? Xüsusi vurğulanmalıdır ki, həmin günlər əsasən ermənilərdən ibarət olan yeni hakimiyyətdən xilas olmaq məqsədilə, Bakının müsəlman, qismən də rus əhalisinin imkanlı təbəqələri, o cümlədən Tağıyevin özünün yaxın ətrafı, ən müxtəlif yollarla kütləvi surətdə, böyük təşviş içində şəhəri tərk edirdi. Bolşevik hökuməti şəhərdən çıxmağa icazə verməsə də Bakıdakı İran konsulu İran təbəələrinin vətənə qayıtmaq bəhanəsi altında müsəlman sərnişinlərlə dolu 5 gəminin dənizə çıxmasına icazə almışdı. Həmçinin Rusiya istiqamətində böyük canlanma var idi. Nisbətən az imkanlı Azərbaycan ailələri isə bölgələrə və Bakı ətrafı kəndlərə qaçırdılar və bu zaman yollarda erməni əsgərləri tərəfindən talan və hətta qətllərə məruz qalırdılar. Belə bir vəziyyətdə, qırğınların 9-cu günü guya Bakıda hökm sürən hansı “sakitlikdən” söhbət gedə bilərdi?
Teleqramda sürülən müddəalardan əlavə onun dərc olunması faktı özü bir sıra suallar doğurur. 27 mart (9 aprel) tarixində Bakıdan Zaqafqaziya hökumətinə ünvanlanmış teleqram eserlərin Tiflisdəki “Znamya truda” qəzetinin redaksiyasına necə düşmüşdü və artıq martın 29-da dərc edilmişdi? Ermənilər guya azad etdikləri 14000 müsəlmanı “İran konsulunun vasitəçiliyi ilə” kimə və necə geri qaytarmışdılar (!)?
Bu dövr İranın Bakıdakı konsulu əslən azərbaycanlı Məhəmməd Səid-ol Vesarə Marağeyi idi və o, əksəriyyəti etnik azərbaycanlı olan minlərlə İran vətəndaşlarının da qətlə yetirildiyi mart günlərində İçəri Şəhərin topa tutulmasının, dinc müsəlman əhali arasında qan tökülməsinin qarşısının alınmasında ən fəal surətdə iştirak etmişdi. 1940-cı illərdə iki dəfə İranın baş naziri olmuş bu tanınmış siyasi və dövlət xadimi sonralar, Tehranda nəşr etdirdiyi özünün “Siyasi xatirələr”ində 1918-ci ilin Bakıdakı mart hadisələrinə xüsusi diqqət yetirmişdi. Xatirələrdən məlum olur ki, qırğınlar dayandırıldıqdan sonra konsul tərəfindən xüsusi komissiya yaradılmış, bu komissiya “Bakının küçə və həyətlərindən 5000-dən artıq müsəlmanın - iranlı və qeyri-iranlı - meyitini toplamış və müsəlman adəti üzrə dəfn etmişdir”. (10) Konsulun özünün mart hadisələrinin qurbanlarının meyitləri yanında çəkdirdiyi fotoşəkilləri poçt-kartlar şəklində nəşr edilmiş və tarixi sənədə çevrilərək, bütün dünyanı dolaşmışdı. Lakin keçmiş İran konsulunun xatirələrində mart hadisələri kifayət qədər ətraflı təsvir edildiyi halda, teleqramda sözü gedən və son dərəcə mühüm sayılacaq hadisə – guya ermənilər tərəfindən “sığınacaq” tapmış 14000 müsəlmanın “geri qaytarılmasında” Konsulun vasitəçilik missiyası haqqında bir kəlmə də olsa deyilmir.
Ən nəhayət, “Hacı Zeynalabdin Tağıyev” birmənalı şəkildə “Bakı hadisələrinin” “erməni-tatar toqquşması xarakteri daşımadığı” iddiası ilə mart qırğınlarının xarakterini müəyyən etməkdə çox “tələsməmişdimi”?
Axı 27 mart (9 aprel) – bədnam teleqramın göndərildiyi gün – artıq Bakıya Şamaxıdan ilk qaçqınlar dalğası üz tutmuşdu və şəhərin bütün məscid və karvansaraları evsiz-eşiksiz qalmış minlərlə şamaxılılarla dolu idi. Bu şəhər Bakı ilə eyni gündə erməni-molokan birləşmələri tərəfindən qırğınlara məruz qalmış, onun müsəlman əhalisi isə bakılılar kimi mart günlərinin dəhşətlərini yaşamışdılar. Məlumdur ki, millət atası hesab edilən hörmətli Hacı Zeynalabdin öz xalqının düçar olduğu müsibətlər və faciələr qarşısında on minlərlə həmvətəninin acınacaqlı vəziyyətindən sarsılaraq, Bakı və Şamaxının zərər çəkmiş müsəlman əhalisini həmin günlərdə gəmilərlə İrandan gətizdirdiyi ərzaq məhsulları və zəruri mallarla təmin etməyə çalışır və onlara hər vasitə ilə yardım göstərirdi. Böyük həyat təcrübəsinə malik olan müdrik Hacı Zeynalabdin Tağıyev bütün bu gördüklərindən və eşitdiklərindən sonra bəyan edə bilərdimi ki, “Bakı hadisələri” və ya “Şamaxı hadisələri” “erməni-tatar toqquşması xarakteri daşımamışdır”?
Bütün deyilənlər bunu deməyə əsas verir ki, “Tağıyevin teleqramı” adlı əslində qəzet yazısı ən əvvəl özlərini qabaqcadan “güclü arqumentlə” sığortalamış ermənilərin özlərindən başqa heç kimə gərək deyildi.
Digər tərəfdən, məhz ermənilər və onların şəxsində Bakı Soveti, Zaqafqaziya Seyminin azərbaycanlı üzvlərinin şəhərin bolşevik-daşnak qüvvələrindən azad edilməsi üçün Bakıya qoşun göndərilməsinə nail olmaq cəhdlərindən xəbərdar olduqları üçün “hər yerdə və hər cür qisasçılıq və düşmənçilik əməllərinə dərhal son qoyulması” və Seym tərəfindən “əhali arasında sülh və əmin-amanlığın bərqərar olmasına” dəstək verilməsində maraqlı idilər.
«Daşnaksütun» partiyasının Bakı Komitəsinin və Bakı şəhəri və onun rayonlarının İnqilabi Müdafiə Komitəsinin həmin günlərdə Tiflisə, Zaqafqaziya Seyminin sədrinə və «Daşnaksütun» partiyasının Tiflis bürosuna fasiləsiz olaraq teleqramlar göndərərək Bakı istiqamətində hərbi hissələrinin təcili geri çağırılması tələbləri, Bakıdakı erməni-bolşevik qüvvələrinin, eləcə də erməni xadimlərinin bu sahədə digər addımları deyilənlərə aydın sübut idi. (11)
Burada, yəqin ki, həmin “14 min müsəlman” məsələsinə də aydınlıq gətirilməlidir. Belə ki, bu məsələ “Tağıyevin teleqramı” ilə yanaşı mart hadisələrində ermənilərin “xilaskar” rolunu göstərən daha bir “sübut” kimi erməni xadimlərinin və müəlliflərinin yazılarında tez-tez xatırlanır. Bir çox hallarda isə bu rəqəm 1918-ci il sentyabr hadisələri – Bakının azad edildiyi günlərdə şəhərin erməni əhalisi arasında baş vermiş itkilərin fonunda səsləndirilərək, “azərbaycanlıların nankorluğundan sarsılan” (12) erməni xadimləri, o cümlədən həmin dövr ictimai fəallığı ilə fərqlənən erməni yepiskopu Baqrat tərəfindən mart hadisələrində erməni əhalisinin iştirakını kökündən inkar etmək məqsədilə istifadə edilir.
Azərbaycan kübar cəmiyyətinin nümayəndələrinin mart hadisələri zamanı həqiqətən öz erməni tanışlarının mənzillərində sığınacaq tapdığına dair ayrı-ayrı hallar, eləcə də erməni aristokratiyasının 1918-ci ilin sentyabrında azərbaycanlı dost və tanışlarının bağ evlərində və imarətlərində gizlənməsi kimi faktlar çoxlarına məlum idi və bunu tərəflərdən heç biri inkar etmirdi. Eyni zamanda sadə erməni, daha sonra azərbaycanlı əhalinin də mart və sentyabr hadisələri zamanı öz qonşu və dostlarını xəbərdar və xilas etmələrinə dair bir çox nümunələr var idi. Bu zaman digər millətlərin nümayəndələri olan Bakı sakinlərinin hər iki tərəfə - martda azərbaycanlılara, sentyabrda ermənilərə yardım etməsi də məlum idi. Lakin, ermənilərin “xilas etdiyi” 14000 (bəzən 20000) müsəlman haqqında məlumatın haradan alındığı böyük sual doğurur.

Erməni sənədlərini diqqətlə tədqiq etdikdə aydın olur ki, 14000 və ya 20000 “xilas edilmiş” müsəlman dedikdə Bakıda mart qırğınları zamanı zorla evlərindən çıxarılmış və şəhərin böyük sahələri olan müxtəlif binalarına gətirilərək burada yerləşdirilmiş dinc azərbaycanlı sakinlər nəzərdə tutulur. Məlumdur ki, mart hadisələri zamanı Bakıdakı teatrlar, kinoteatrlar, sirk, məktəblər, polis məntəqələri, Şəhər Dumasının, vağzalın və s. binaları, ayrı-ayrı zəngin ermənilərin evləri və s., hətta hamamlar belə evləri dağıdılmış, qarət edilmiş, yaxınları vəhşicəsinə qətlə yetirilmiş minlərlə azərbaycanlının, xüsusilə qadın, uşaq və qocaların gova-gova gətirildiyi və yığıldığı yerlərə çevrilmişdi. Bu binalarda, erməni əsgərlərindən ibarət gözətçilərin nəzarəti altında ac və susuz, bağlı qapılar arxasında saxlanılan adamlar həmin günlərdə əsir hesab edilir və belə də adlandırılırdı. Yalnız sonradan, müsəlmanların kütləvi surətdə əsir alınmasında iştirak edən erməni xadimləri bu əməllərin arxasında duran əsl mənanın fərqinə vardıqda, bunu guya ki, dinc müsəlman sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan tədbirlər kimi izah etməyə çalışacaqlar və elə buradan da “xilas edilmiş” 14000 və ya 20000 müsəlman haqqında əfsanə yaranacaqdır.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il iyulun 15-də yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının (FTK) sənədləri həmin dövr dinc azərbaycanlı əhaliyə və onların əmlakına qarşı erməni-daşnak qüvvələrinin, bolşevik şüarları altında milli zəmində həyata keçirdikləri kütləvi qırğın və qətliamların bir çox məqamlarını açıqladığı kimi, Bakıda mart hadisələri zamanı ermənilərin bu “xilaskar missiyasının” da əsl mahiyyətini üzə çıxardı.
Belə ki, “xilas olunanların” özlərinin çoxsaylı ifadələri müsəlman əhalinin silahlı erməni quldur dəstələri tərəfindən məcburi şəkildə məhz əsir götürüldüklərini və bu işin istehza və təhqirlərlə, təhdidlərlə, bir çox hallarda isə qətllər törədilməklə müşayiət olunduğunu sübut edir. Belə ifadələrin çoxunda göstərilirdi ki, ermənilər zorakılıqla müsəlman qadınların çarşablarını başlarından qapıb cırır, onları hörükləri ilə bir-birinə bağlayır və başıaçıq, ayaqyalın şəhərin küçələrində gəzdirərək əsir aparır, yol boyu geri qalanları, ayaqlaşa bilməyənləri süngülərlə itələyir, döyür, yıxılanları öldürürdülər. Gözləri qarşısında ata və qardaşları, ər və oğulları güllələnmiş qadınlar keçirdikləri sarsıntılara dözməyərək əsirlikdə ürək partlamasından ölür, dəli olur, gənc qadınların qucaqlarındakı və yanlarındakı azyaşlı körpələr və uşaqlar acından, susuzluqdan və qorxudan keçinirdi. Bu zaman isə erməni ziyalıları öz arvadlarını azərbaycanlıların “rüsvayçılığına” tamaşa etməyə gətirirdilər. (13)
Bakının müsəlman əhalisinə qarşı əvvəlcədən planlaşdırılmış zorakılıq aktının bir hissəsi olan və yaxşı təşkil edilən bu əməllərin arxasında ermənilər tərəfindən o qədər də gizlədilməyən məqsədləri açıq-aşkar görünürdü və bu məqsəd “haqq işi uğrunda” vuruşan erməni mübarizlərinin iç üzünü aydın göstərirdi. Boşaldılmış yiyəsiz evlər və bütöv məhəllələr erməni quldur dəstələrinə soyğunçuluq, qarət və müsəlmanların əmlakını mənimsənək üçün, həmçinin üç-dörd gün ərzində saysız avtomobillərdə, arabalarda aparılması mümkün olmayan qalan əşyaların darmadağın və məhv edilməsi üçün geniş imkanlar açırdı.
Bunun müqabilində, guya “insansevərlik niyyəti ilə” “müsəlmanların azad edilməsi” haqqında əfsanə ermənilər tərəfindən ən müxtəlif variantlarda səsləndirilir və yayılırdı. Erməni terrorizminin ideoloqlarından biri, Şaqan Natali ləqəbi ilə məşhur olan Akop Ter-Akopyan o zaman bütün Bakı türklərinin “başını kəsmədiklərinə” görə öz təəssüfünü heç gizlətmirdi: “Biz bildiririk və əminik ki, bunu bacardıq və öz gücümüzlə bacardıq. Çünki bilirik: bunu sahibi olduğumuz Bakıda, on minlərlə türkü kazarmalarda topladığımız yerdə edə bildik və – ah! cinayətkarcasına alicənablıq! – onları ədalətli erməni qisasından qorumaq üçün qapılarda gözətçilər qoyduq. Türkləri qoruduq, həyatlarını mühafizə etdik, onlar isə minnətdarlıq əlaməti olaraq Bakının küçələrini 25000 erməninin qanına boyadılar”. (14)
Qatı daşnak, görkəmli türk və azərbaycanlı xadimlərinin məhv edilməsi üzrə “Nemezis” əməliyyatının rəhbəri və təşkilatçısı, minlərlə müsəlmanın, o cümlədən Azərbaycan dövlət xadimləri Fətəli Xan Xoyskinin, Həsən bəy Ağayevin, Behbud bəy Cavanşirin və digərlərinin qətllərinin səbəbkarı Akop Ter-Akopyan yalnız bir məsələdə haqlı idi: həmin günlərdə Bakının “sahibi” həqiqətən məhz ermənilər idi, amma türklərə qarşı “alicənablıq” məsələsi şübhəsiz ki, ermənisayağı “gözdən pərdə asmaqdan” başqa bir şey deyildi. Əgər azərbaycanlı əsirlərin sağ qaldıqlarına görə, kiməsə minnətdar olduqları qüvvə var idisə, o da birmənalı şəkildə, ermənilər deyil, rus əsgər və matrosları idi. Məhz Bakıda olan rus qoşunları mart qırğınların ikinci gününün axşamı aldadıldıqlarını və S.Şaumyan başda olmaqla erməni-bolşeviklər tərəfindən böyük oyuna cəlb olunduqlarını başa düşərək əllərində silah müsəlman əhalisinin müdafiəsinə qalxdılar. Və azərbaycanlıların qırğınları da yalnız 4 gündən sonra Bakı Sovetinin özü tərəfindən deyil, iki Türküstan alayının qəti tələbi və artıq vəziyyəti başa düşmüş Xəzər donanmasının rus dənizçilərinin ultimatumu nəticəsində dayandırıldı. “Bu hədələr kifayət qədər ciddi idi, çünki bu iki döyüşkən alayda 8000-dən artıq döyüşçü cəm edilmişdi”. “Dənizçilər təhdid edirdilər ki, əgər ermənilər müsəlman qırğınına son qoymazlarsa, onlar şəhərin erməni hissəsinə toplardan atəş açacaqlar, və “Ərdahan” və “Krasnovodsk” hərbi gəmiləri şəhərin şərqində yerləşən limanlara yaxınlaşdılar”. (15)
1918-ci il aprelin əvvəllərində Bakıda kütləvi müsəlman qırğınlarının baş tutduğu aydınlaşdığı, “qələbənin qeyd edildiyi”, “müsəlmanların qılıncdan keçirilməsi münasibətilə bir çox erməni evlərində ballar təşkil edildiyi”, qarət edilərək erməni zənginlərinin anbar və dükanlarına yığılmış əmlakın hesablandığı günlərdə Şamaxı şəhərinə ikinci hücum gözlənilirdi. Bakı qırğınları ilə eyni vaxtda başlanan Şamaxı hadisələrinin “birinci mərhələsində” azərbaycanlı əhali arasında ağır itkilərə, yanğınlara, qarət və talanlara İsmayıl Xan Ziyadxanovun başçılığı ilə Gəncə qoşunların şamaxılıların köməyinə gəlməsi ilə fasilə verilmişdi. Lakin Bakı qırğınları zamanı öz qəddarlığı ilə ad qazanmış Stepan Lalayev və azərbaycanlıların “milli qürur” yeri sayılan “İsmailiyyə” binasını şəxsən yandırmış daşnak Tatevos Əmirovun rəhbərliyi altında ağır sursat və silahla təmin edilmiş 3 minlik ermənilərdən ibarət qoşun Şamaxı istiqamətində hərəkət edirdi və bir neçə gündən sonra bu qədim Azərbaycan şəhəri yerlə-yeksan ediləcək, 8 mindən artıq şəhər əhalisi qətlə yetiriləcəkdi. Eləcə də Şamaxı qəzasının 110 kəndi yandırılaraq, 10 mindən artıq kənd əhalisi qəddarlıqla öldürüləcəkdi. Şamaxı hadisələrin başlanması ərəfəsində öz müəmmalı hərəkətləri ilə şəhərin müsəlman cəmiyyəti arasında əsaslı şübhələr doğurmuş Şamaxı yeparxiyasının başçısı Baqrat həmin günlər Bakıya köçərək artıq Erməni yeparxial rəisi və Bakı Erməni Şurasının fəxri sədri kimi dərhal geniş ictimai fəaliyyətə başlayacaq. Bu fəaliyyətin əsasını isə 1918-ci il mart hadisələrində erməni əhalisinin iştirakını inkar edən, eyni zamanda “Müsavat” partiyasına, Azərbaycan Hökumətinə və ümumiyyətlə azərbaycanlılara qarşı bütöv bir silsilə böhtan və yalan dolu ittihamlar irəli sürülən kampaniya təşkil edəcək.

1918-ci ilin oktyabr-dekabr ayları ərzində Baqrat Bakıda hakimiyyəti təmsil edən müxtəlif instansiyalara və yüksək vəzifəli şəxslərə dəfələrlə yazılı surətdə müraciətlər göndərir. Azərbaycan Respublikası Nazirlər Şurasının Sədrinə, Qafqaz İslam Ordusunun Komandanı Türk Ordusunun generalı Nuru Paşaya, Azərbaycan Hökumətinin daxili işlər Nazirinə ünvanlanmış müraciətlərində yepiskop Baqrat onların diqqətini erməni əhalisi arasında aparılan və özünün qeyri-qanuni hesab etdiyi həbslərə, erməni əhalisinin hüquqlarının pozulmasına dair ayrı-ayrı faktlara və hallara, əsir alınmış erməni əsgərlərinin ağır vəziyyətinə və s. cəlb etməyə çalışırdı.(16)
Lakin, xarici missiyaların başçılarına etdiyi müraciətlərində o, özünü yalnız öz kilsəsinə mənsub həmdindarlarının vəziyyətindən narahat olan yüksək dini şəxs kimi təqdim etmirdi. Məsələn, Bakıda və Bakı rayonunda Müttəfiq Qoşunların Komandanı qeneral-mayor Tomsona yazdığı məktubda yepiskop Baqrat artıq Bakı Erməni Milli Şurasının Fəxri Sədri kimi Bakıda 1918-ci il sentyabr hadisələrinin “müdhiş təfərrüatlarının” mümkün müqayisə və vasitələrdən istifadə etməklə sadəcə təsviri ilə kifayətlənməyərək, bu “şeytan uzaqgörənliyi ilə əvvəlcədən düşünülmüş və insana xas olmayan soyuqqanlıqla icra edilmiş” “qanlı qırğının və amansız divanın” səbəblərinə dair öz izahını verməyə çalışırdı. (17)
Əslində əgər Baqratın təsvir etdiyi epizodlarda “erməni” sözü “müsəlman” sözü ilə əvəz edilərdisə, “qanlı qırğının və amansız divanın bütün bu dəhşətli təfsilatlarını” dəqiqliklə Bakıda 1918-ci il mart hadisələrinə aid etmək olardı. Bu isə onu deməyə əsas verir ki, Baqratın əsassız ittihamları bir çox hallarda 1918-ci ilin mart ayında ermənilərin özlərinin Bakıda törətdikləri kütləvi cinayətləri sadalanmaqdan başqa bir şey deyildi. Burada bilavasitə keçmiş Şamaxı erməni arxiyepiskopunun ən azı bilavasitə şahidi, (bəlkə də təşkilatçılardan biri olduğu) olduğu Şamaxı hadisələrinin ümumiyyətlə xatırlamaması xüsusi qeyd olunmalıdır. Lakin, Baqratın iddialarına görə, “bolşevik hakimiyyəti ilə Müsəlman Milli Şurası arasında baş vermiş qanlı mart toqquşmasının”, “sentyabr dəhşətləri” ilə heç bir əlaqəsi yox idi: “Martda şəhərin özündə hakimiyyət uğrunda silahlı toqquşma baş vermişdi və bu toqquşma soyğunçuluğun eybəcər formasına çevrilmişdi. Bu mübarizədə sayı 2000-dən çox olmayan müsəlman və min iki yüzə yaxın rus və erməni öldürülmüşdü”. (18)
Daha sonra Baqrat “Müsavat” partiyasına, Azərbaycan Hökumətinə və ümumiyyətlə azərbaycanlılara qarşı bütöv bir silsilə böhtan və yalan dolu ittihamlar irəli sürərək, “ermənilərin bütün yollarını kəsən” müsavatçıların “ucbatından” bolşeviklərə qoşulmuş erməni əsgərləri istisna olmaqla, erməni əhalisinin bu hadisələrdə iştirakını tamamilə inkar edirdi.
Qeyd olunmalıdır ki, Bakı Erməni Milli Şurasının və “Daşnaksütun” partiyasının Bakıda mart faciələrinin təşkilində rolu, erməni ziyalı və kübar təbəqələri nümayəndələrinin əlisilahlı azərbaycanlı qırğınlarında iştirakı, o cümlədən erməni elitasının özünün “qara camaat” adlandırdığı sadə erməni əhalisinin bu hadisələrdə kütləvi çıxışı FTK-nın sənədlərində təkzibedilməz faktlar və sübutlarla təsdiq edilirdi. Məhz bu sənədləri əsasında Azərbaycanın məhkəmə-istintaq orqanları Bakının erməni əhalisi arasında həbslər aparırdı ki, bu da erməni milli təşkilatlarının, erməni mətbuatının, ayrı-ayrı erməni xadimlərinin, o cümlədən yepiskop Baqratın hədsiz hiddətinə səbəb olurdu.
Bakıda baş vermiş mart hadisələrinin mahiyyətini tanınmaz dərəcədə təhrif edərək və bu zaman Şamaxıdakı mart hadisələrini ümumiyyətlə xatırlatmadan, Baqrat “Müsavat” partiyasını, daha sonra “türk-azərbaycanlı hakimiyyətini” Azərbaycanın erməni əhalisinə qarşı ağlasığmaz cinayətlərdə günahlandırırdı.
Əslində, istər Baqratın özünün yaxından iştirak etdiyi Şamaxı hadisələri, istərsə də sonrakı aylarda Azərbaycanın digər qəzalarında - Göyçay, Cavad, Ərəş, Nuxa, Quba, Lənkəran və d. - bolşevik-erməni birləşmələrinin həyata keçirdiyi azərbaycanlı-müsəlman qırğınları Mart hadisələrinin xarakterinə, bu hadisələrin mahiyyətinə dair həm bolşevik, həm də erməni izahını kökündən inkar edən təkzibedilməz arqument kimi qiymətləndirilə bilər. Bu qəzalarda, o cümlədən Şamaxıda istər qırğınlar ərəfəsində, istərsə də talanlar zamanı hər hansı siyasi hərəkatın və ya qarşıdurmanın baş vermədiyi nəzərə alınmaqla, yalnız Bakıda deyil, Azərbaycanın digər şəhər və qəzalarında dinc müsəlman əhalisinin kütləvi şəkildə qırılması və məhv edilməsi bolşeviklərin “vətəndaş müharibəsi” kimi səciyyələndirilən bütün iddialarını boşa çıxarırdı. Elə bu səbəblərdən də erməni xadimlərinin həmin hadisələri “bolşeviklərlə müsavatçılar arasında hakimiyyət uğrunda mübarizə” kimi qələmə verərək guya “ermənilərin tam neytrallıq nümayiş etdirməsi” kimi iddiaları boşboğazlıqdan başqa bir şey kimi qiymətləndirilə bilməz.
Buradan aydındır ki, nə üçün Şamaxı və Bakı Erməni yeparxiyasının keçmiş arxiyepiskopu Baqrat Bakı erməni yeparxiya rəisi olduqdan sonra, müxtəlif instansiyalara çoxsaylı müraciətlərində Şamaxıda baş vermiş hadisələrdən tam sükutla yan keçir, nadir hallarda Şamaxı qəzasından olan erməni qaçqınlarının hüquqlarından danışarkən belə onların nə zaman, hansı şəraitdə və hansı səbəbdən qaçqın düşməkləri məsələsinə yenə də toxunmurdu.
Lakin, kifayət qədər ağıllı, və xüsusilə hiyləgər adam olan Baqrat, digər erməni xadimlərindən fərqli olaraq bilirdi ki, Qafqazda baş verən hadisələrdə erməni amilini tamamilə inkar etmək mümkün deyildir. Odur ki, Bakıdakı xarici ölkə missiyaların rəhbərlərinə müraciətlərində o, Mart hadisələrini ermənilər üçün sərfəli kontekstdə izah edərək, bu məsələyə artıq beynəlxalq siyasət mövqedən qiymət verməyə çalışırdı. Məsələn, Bakı və Bakı rayonunda Müttəfiq qoşunlarının Komandanı general Tomsona 23 noyabr 1918-ci il tarixli təbrik müraciətində Baqrat Bakıda mart hadisələrinin mahiyyətini təhrif edərək, yazırdı: “Hələ mart hadisələrinədək, kiçik bir qrup istisna olmaqla, yerli müsəlmanların türk xəfiyyələri tərəfindən rəhbərlik edilən böyük və şüurlu hissəsi hər yerdə və fəal şəkildə Türkiyənin Qafqazın və Şərqin digər müsəlman məmləkətlərini ələ keçirməyə yönəlmiş siyasi maraqlarına yardım edirdi. Əks mövqeyə malik olan və öz zəif gücü ilə Saziş dövlətlərinin tərəfində mübarizə aparan ermənilər, təbii ki, həm Türkiyədə, həm də Qafqazda özlərinə qarşı müsəlmanların vəhşi qəzəbini oyatmış, çox güclü qisasının və barbar fanatizminin qurbanı olmuşlar. Mart hadisələri və sonrakı hadisələr yalnız həqiqətin gizlədilməsi və erməni-türk düşmənçiliyinin və davasının əsas səbəbindən göz yayındırılması üçün əlverişli bəhanədir”. (19)
Belə çıxırdı ki, azərbaycanlılar türklərin tərəfdarı olduğu üçün, deməli yalnız Antanta ölkələri ilə deyil, həm də böyük dövlətlərin “müttəfiqi” olan ermənilər ilə də düşməndirlər. Beləliklə, ermənilər, “cinayətkar türk-müsavat hökuməti” tərəfindən bütün zərbələri “öz üzərlərinə” götürməklə, ”böyük siyasətin qurbanına” çevrilmiş olurdular. Bu bəyanatların arxasınca isə artıq Azərbaycan hökumətinin həbs etdiyi ermənilərin hamisinin azad olunması, Bakını tərk etmiş bütün erməni əhalisinin geri qayıtması üçün şərait yaradılması, onlara dəymiş zərərlərin ödənilməsi və sair bu kimi tələblərin uzun siyahısı gəlirdi.
Qeyd edilməlidir, Bakıda yaranmış siyasi vəziyyətdən tezliklə baş açan ingilis generalı Tomson, Azərbaycan hökumətinə respublikada yeganə qanuni hakimiyyət kimi tam etimadı bildirdi ki, bu da ermənilər arasında ciddi narazılıq yaratdı. Bununla yanaşı yepiskop Baqratın müraciətlərində irəli sürülən tələblərin böyük hissəsinin təmin edilməsi üçün də konkret addımlar atılmağa başlandı.
Lakin, İngiltərə Komandanlığının Azərbaycan Hökuməti ilə birgə işləməsindən, ölkənin məhkəmə-istintaq orqanlarının işinə qarışmadığından, hətta sentyabr hadisələri nəticəsində çəkdikləri zərərə görə yüzlərlə erməni ilə yanaşı 10-15 nəfər azərbaycanlının da təzminat almasından son dərəcə narazı olan yepiskop Baqrat Bakıda yerləşən digər xarici missiyalara müraciət edərək 1918-ci il hadisələrinin erməni versiyasını irəli sürməkdə davam edirdi.
Məsələn, 9 dekabr 1918-ci il tarixdə Bakı Erməni Milli Şurası adından Amerikanın Bakıdakı Missiyasına göndərdiyi Memorandumu özünü Şuranın fəxri sədri kimi təqdim edən yepiskop Baqrat yalnız 1918-ci ilin mart hadisələrinə həsr etmişdi. Bu Memorandumun ilk cümlələrindən aydın olur ki, Bakı erməni yeparxiyasının rəisi “mart hadisələrindən bəhs edən türk xadimlərinin əksəriyyətinin var gücü ilə, həm şifahi, həm də mətbuat vasitəsilə ictimai rəydə ermənilərə qarşı qərəzli münasibət yaratmağa çalışdıqlarından” açıq-aşkar narahat olmuşdur. (20)
Bakıda baş vermiş mart hadisələrinin mahiyyətini tanınmaz dərəcədə təhrif edərək və bu zaman, təbii ki, Şamaxıdakı mart hadisələrini ümumiyyətlə xatırlamadan, Baqrat “Müsavat” partiyasını, daha sonra “türk-azərbaycanlı hakimiyyətini” Azərbaycanın erməni əhalisinə qarşı ağlasığmaz cinayətlərdə günahlandırırdı. Memorandumda yenə də guya ermənilərin xilas etdiyi “20 min müsəlman”dan - özü də bu dəfə daha da dəqiqləşdirilmiş rəqəmlərlə – “13 min nəfərə yaxın müxtəlif ictimai binalarda və 7 minə yaxın isə şəxsi evlərdə” - söz açılır, “Tağıyevin sirkulyar teleqramı” xatırlanır, Bakıda mart qurbanlarının həmin uydurulmuş sayı göstərilirdi. Həm də bu dəfə “həlak olmuş 2000 müsəlman” rəqəmi də Baqrat tərəfindən artıq “həddən artıq şişirdilmiş” hesab edilirdi: “İki gün çəkən qanlı döyüşlərdə, Sovetin məlumatlarına görə, 300-ə yaxın rus və erməni və 700 müsəlman, digər mənbələrin son dərəcə şişirdilmiş hesab edilən maksimum hesablamalarına görə isə təxminən 1200 rus və erməni, və 2000-ə yaxın müsəlman həlak olmuşdur”. Memorandumda dəfələrlə vurğulanırdı ki, “Bakıda qanlı mart toqquşmaları yalnız iki gün”, “silahsız, məzlum, dinc erməni əhalisinə qarşı amansız və qorxunc dəhşətlər tam iki ay davam etmişdir”. Həmçinin, “məlum olurdu” ki, 1918-ci ilin martında şəhərin müxtəlif yerlərində baş vermiş yanğınlar yenə də “bir neçə erməni evini, müsəlman qərargahının yerləşdiyi “İsmailiyyə” müsəlman binasını və bazarın bir hissəsini” məhv etmişdir. (21)
Burada Baqratın ermənilərin mart hadisələrində guya “neytrallığını” izah edən əsas arqumentinə də diqqət yetirmək lazımdır: “Məlum olduğu kimi, mart ayında Bakı şəhərində bolşevik hökuməti ilə Müsəlman Milli Şurası arasında hakimiyyət uğrunda mübarizə baş vermişdir. Ermənilərin, milli kollektiv kimi, hakimiyyətə heç bir iddiası ola bilməzdi, çünki onlar Bakı quberniyasında əhəmiyyətsiz azlıq təşkil edirlər”. (22)
“Hakimiyyət uğrunda mübarizə” – 1918-ci ilin mart hadisələrinin mahiyyətinin erməni yepiskopu tərəfindən verilmiş yeganə düzgün tərifidir. Lakin, guya say azlığı səbəbindən ermənilərin hər hansı hakimiyyət iddialarının olmadığı haqda onun sonrakı bütün nəticələri erməniləri bu hakimiyyət uğrunda mübarizədə əsas “oyunçuların” sırasından çıxarmaq cəhdindən başqa bir şey deyildi. Və burada dəqiq məqsəd güdülürdü – ictimai rəyə, ilk növbədə isə Qərbin ictimai fikrinə belə bir mülahizə yeritmək ki, bu zaman ermənilərin yeganə arzusu “istər anarxiya və vətəndaş müharibəsinin daxili qarışıqlığı şəraitində, istərsə də alman-türk xəfiyyələri tərəfindən yerli müsəlmanların intiqamından və qəzəbindən imkan daxilində öz fiziki varlığını qoruyub saxlamaq və əmlakını xilas etmək olmuşdur”. (23)
Öz əsassız ehtimallarını “sübuta yetirmək” üçün dəfələrlə adı çəkilən “Tağıyevin sirkulyar teleqramından” savayı heç bir arqumenti olmayan Baqrat artıq hamıya məlum faktların həyasızcasına saxtalaşdırılmasına əl atırdı: “hadisələrdə əsas rol oynamış bolşeviklərin Qafqaz Vilayət Sovetinin 17 üzvdən ibarət tərkibində 2 tatar və yalnız 2 erməni idi”. (24)
Bu zaman mart hadisələrində əsas rolu heç də “bolşeviklərin Qafqaz Vilayət Sovetinin” deyil, 1918-ci ilin mart ayının 30-dan 31-ə keçən gecə “Bakı şəhəri və onun rayonlarında ali hərbi-siyasi orqan” kimi yaradılmış və dinc azərbaycanlıların qırılmasına rəhbərlik etmiş “İnqilab müdafiə komitəsinin” oynadığı, bu Komitənin 6 üzvündən isə dördünün erməni olduğu - bolşeviklər S.Şaumyan, K.Korqanov (Korqanyan), sağ eserlərin lideri S.Saakyan və “Daşnaksütun” partiyasının Bakı təşkilatının rəhbəri S.Melik-Eolçyan - artıq heç xatırlanmırdı. (25) Bu da məlum idi ki, mart hadisələri günlərində birləşmiş bolşevik-erməni qoşunlarına xüsusi olaraq Peterburqdan gəlmiş generallar Akop Baqratuni, İvan Baqramyan komandanlıq etmiş, Bakı Sovetinin Qızıl Ordusunun yaradılması ilə B.Avakyan məşğul olmuş, qərargah rəisi polkovnik Z.Avetisyan, briqada və qarışıq dəstələrin komandirləri – polkovnik Kazaryan, Amazasp, A.Əmirov və digərləri olmuşlar. (26) Bu günlərdə həmçinin “Daşnaksütun” partiyasının yaradıcılarından biri – Stepan Zoryan (Rostom) da Bakıya gəlmişdi. Bolşevik-daşnak ordusunun sıralarına səfərbər edilmiş erməni əsgərlərinə yüksək ödəniş – “ayda 800 rubl, hər ailə üzvünə görə 75 rubl və ərzaq təminatı” təklif edilirdi. (27)
Ən nəhayət, Bakı Kommunasının rəhbər heyətinə Azərbaycanda hakimiyyət uğrunda ən azı on beş erməni “mübarizi” –S.Q.Şaumyan, K.Q.Korqanyan, S.Q.Osepyants, B.A.Avakyan, Т.М.Əmirov, А.М.Əmiryan, A.М.Kostanyan, А.А.Boryan, А.İ.Mikoyan, Karinyant, Stamboltsyan, Ağamiryan, İhonesyan, Ter-Saakyants, Nuricanyan və digərləri daxil idi. (28) Bakı Kommunasının silahlı qüvvələrinin Ali Baş Komandanı Akop Baqratuni idi, həmçinin Qızıl Ordunun əsas komanda heyətinin və hərbi heyətin 70%-dən çoxunu ermənilər təşkil edirdi.
Maraqlıdır ki, Baqratdan başlayaraq bir çox erməni xadimlərinin, Azərbaycan Parlamentindəki erməni fraksiyasının deputatlarının ən müxtəlif instansiyalara göndərdiyi müraciət, vəsadət və memorandumlarda 1918-ci il Mart hadisələrinin xarakteri ilə bağlı əsassız ehtimalların “sübutu” kimi hər dəfə “Tağıyevin sirkulyar teleqramı” xatırlanır və bu teleqramdakı “Bakı hadisələri erməni-tatar toqquşması xarakteri daşımamışdır” müddəası nəzərə çatdırılırdı. Hacı Zeynalabdin Tağıyevin heç bir halda belə teleqram göndərmədiyi və bu saxta sənədin hansı məqsədlərlə məhz ermənilərin özləri tərəfindən tərtib və əldə edildiyi yuxarıdakı şərhlərdən aydınlaşdı.
1918-ci il mart hadisələrinin əsl xarakteri isə yalnız təkzibedilməz faktlar və sənədlərlə deyil, bəzi erməni xadimlərinin özləri, məs., Bakı Kommunasının gələcək üzvü, həmin günlər Həştərxanda olan Saak Ter-Qabrielyan tərəfindən də təsdiq edilirdi. Mart hadisələri ilə əlaqədar olaraq Bakını tərk etmiş və Həştərxana gəlmiş rus vətəndaşlarının söhbətlərini eşidən Saak Ter-Qabrielyan 28 aprel 1918-ci il tarixdə Stepan Şaumyana yazırdı: “İndi kütləvi surətdə Bakıdan gələn rusların, sosial vəziyyətindən asılı olmayaraq, heç birindən eşitməzsən ki, Bakıda sovet mübarizəsi gedir. Hamı bir səslə deyir: “Bakıda erməni-tatar qırğını gedir, və bu qırğın ermənilər tərəfindən qəsdən törədilmişdir”. (29)

Solmaz Rüstəmova-Tohidi,
tarix elmləri doktoru, prof.
tarix elmləri doktoru, prof.
AMEA ak. Z.M.Bünyadov ad.
(Şərqşünaslıq İnstitutu)
Mənbələr:
1. Ətraflı bax: Рустамова-Тогиди Солмаз. Март 1918 г. Баку. Азербайджанские погромы в документах. Баку, 2009, 864 стр.;
2. “Наш голос” qəzeti, Bakı, 1918, 24 mart. № 59;
3. “Известия Бакинского Совета” qəzeti, Bakı,1918, 9 aprel;
4. “Знамя труда” qəzeti, Tiflis, 1918, 29 mart;
5. Погромы армян в Бакинской и Елизаветпольской губерниях в 1918- 1920 гг. Сборник документов и материалов. Ереван, 2003, s. 82, sənəd № 67;
6. Рустамова-Тогиди Солмаз. Март 1918 г. Баку. Азербайджанские погромы в документах. Баку, 2009, səh. 84-87;
7. Yenə orada, səh. 106-107;
8. Yenə orada, səh. 771-774;
9. Yenə orada, səh. 95;
10. Marağeyi Said Məhəmməd. Siyasi xatirələr. Tehran, 1994, s. 49 (fars dilində)
11. «Бакинский рабочий» qəzeti, Bakı, 1918, 18 aprel; Погромы армян…, səh. 33, 35, sən. №№ 25, 27;
12. Bax: “Погромы армян...., 145-151, sənəd № 136.
13. Bax: Рустамова-Тогиди Солмаз. Март 1918 г. Баку. Азербайджанские погромы в документах. Баку, 2009, Sənədlər: №№ 18, 53, 54, 55, 419, 452, 493;
14. Шаган Натали. Турки и мы. nzhdeh.narod.ru/Shahan_natali
15. Azərbaycan Respublikası Prezidenti İşlır İdarəsi Siyasi Sənədlər arxivi (bundan sonra:AR Pİİ SSA), 277, siy.2, iş 14, v.51; Байков Б. V. Воспоминания о революции в Закавказье- Архив русской революции. М.,1991, cild 9-10, səh. 114;
16. Bax: “Погромы армян.... s.139, 141,142, sən. № 128, 130, 131;
17. Yenə orada,145-151, sənəd № 136;
18. Yenə orada.
19. Yenə orada, sənəd № 136;
20. Yenə orada, 158-161, sənəd № 145.
21. Yenə orada.
22. Yenə orada, s. 159.
23. Yenə orada.
24. Yenə orada, s.161.
25. “Известия Совета рабочих и солдатских депутатов Бакинского района” qəzeti, 1918, №64.
26. “Армянский вестник” jurnalı, Yerevan, 1999, № 1-2; AR Pİİ SSA, f.276, siy. 8, iş155, v.8.
27. Дадаян Х. Армяне и Баку. 1850-ые годы-1920 г. Ереван, 2007, s.96.
28. Yenə orada, s. 93.
29. Saak Ter-Qabrielyanın yol. Şaumyana məktubu. 28.04.1918. Rusiya \Dövltət İctimai-Siyasi Tarix arxivi, f. 71, siy. 33, iş 1716, v. 62.